Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:13

►Şotlandiyanın müsəlman liderlərindən "cahil" Trumpa çağırış

Şotland müsəlman icmasının liderləri bu ayın axırında onların ölkəsinə gələcək Donald Trumpı məscidi ziyarət etməyə dəvət ediblər. Onların birgə bəyanatında deyilir ki, Trump "az qala hər dəfə ağzını açanda təhqir etdiyi müsəlmanlar haqqında daha çox öyrənməlidir".

ABŞ Respublikaçılar Partiyasının prezidentliyə real namizədi Trump Kaliforniyanın San Bernardino tibb mərkəzində 14 nəfərin ölümü ilə nəticələnmiş terror hadisəsindən sonra bütün müsəlmanların Amerikaya girişinə müvəqqəti qadağa qoymağı tələb etmiş, bununla da beynəlxalq ictimaiyyətin qınağı ilə üzləşmişdi.

Trump həmçinin iddia edib ki, müsəlmanlar amerikalılara "nifrətlə" böyüdülürlər.

Onun bu şərhlərinə cavab olaraq şotlandiyalı nazirlər və parlament üzvləri Daxili İşlər Katibi Theresa Mayi "nifrət təbliğ etdiyinə" görə Trumpın Btitaniyaya girişini qadağan etməyə çağırıblar.

Trump bu ayın axırı Şotlandiyaya qolf kursu və otel açmağa gəlir. O, otelin yenilənməsinə 200 milyon funt (290 milyon dollar) xərc çəkib.

Edinburqlu din xadimləri Hafiz Ghafoor və Munawar Hussain milyarderi "cahil" adlandırıblar və onu öz məscidlərinə dəvət ediblər.

Onların sözlərinə görə, Trump "daha bir təhrikedici çıxış etməzdən əvvəl maariflənməlidir".

____________________________________________________________

Bunlara da bax:
Kənddə çaqqal sürüylə gəzir
Avropa Birliyində kim nədən narazıdır?

____________________________________________________________

“Donald Trump azad dünyaya rəhbərlik etmək istəyir, ancaq onun Ağ Evə namizədliyi cahillik və dözümsüzlük üzərində dayanır," onlar deyiblər.

Hər iki din xadiminin təmsil etdiyi məscidlər Şotlandiyada dinlərarası münasibətlərə töhfələr verməkdə və evsizlərlə işləməkdə ad çıxarıblar.

Onların bu çağırışına bu məscidlərlə əlaqədə olan şotland liberal-demokrat lideri Willie Rennie d qoşulub. O deyib:

"Donald Trump ötən ilin çox hissəsini qadınlar, meksikalılar və başqaları haqqında iyrənc cəfəngiyyat püskürməklə geçirib. Onun ən gülməli bəyanatları müsəlmanlar haqqında olub. Müsəlmanlar bizim dostlarımız, həmkarlarımız, ailə üzvlərimiz və qonşularımızdır. O onları belə qrotesk tərzdə təhqir edəndə bizim hamımızı təhqir etmiş olur."

Trumpın Şotlandiyaya gəlişi artıq indidən (Şotlandiya Trumpa qarşı" şüarı altında keçirilən etirazlara səbəb olub.

Onun Şotlandiyaya gəlişi iyunun 24-nə, yəni AB səsverməsinin nəticələrinin məlum olacağı günə təsadüf edir.

Ancaq ötən həftə o deyib ki, planları dəyişib və indi o, Şotlandiyaya seçkidən bir gün qabaq gedəcək. Bu isə onun referenduma müdaxilə etmək istəməsi barədə söz-söhbətlərə səbəb olub.

Trump həmçinin deyib ki, Böyük Britaniya Avropa Birliyini tərk etməlidir.

Britaniyanın baş naziri Cameron Trumpın müsəlmanlar haqda fikirlərini tənqid edib, amma həm də deyib ki, o, noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl Trumpla Britaniyada görüşməyə "çox şad" olardı.

Ötən həftə keçirilmiş rəy sorğusu nəticəsində məlum olub ki, Britaniya ictimaiyyətinin 42%-i hesab edir ki, Cameron Trumpla görüşməməlidir. 31% düşünür ki, o Trumpla görüşməlidir, ancaq onu üzünə tənqid etmək üçün.

Günün bütün mövzuları

XS
SM
MD
LG