Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Nepotizm qanunu ona mane ola biləcək?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın kürəkəni Jared Kushner-ə Ağ Evdə müşavir vəzifəsi vermək istəməsi bir sıra hüquqi və əxlaqi suallar doğurur.

Belə bir təyinat, istər-istəməz, müşahidəçiləri federal antinepotizm halları barədə düşünməyə vadar edir (“nepotizm” deyərkən, qohum və yaxın adamları irəli çəkmək nəzərdə tutulur. “Antinepotizm”, təbii ki, buna qarrşı mübarizə aparmaqdır – red.).

Trump-ın komandası dəfələrlə bildirib ki, Kushner, hələlik, Ağ Evdə heç bir rəsmi vəzifəyə üçün müraciət etməyib. Ancaq yeni prezidentin kampaniya meneceri Kellyanne Conway bu həftə "Good Morning America" proqramında deyib ki, Trump "əvvəlki kimi, Kushner-in öz müşaviri olmasını istəyir".

“Prezidentə gündəlik məlumat verən adamın…”

Çərşənbə günü (noyabrın 16-da) "ABC News" xəbər verib ki, Trump-ın keçid komandası Kushner-in xüsusi təhlükəsizlik yoxlamasından keçirilməsini xahiş edib (dövlət vəzifələrinə təyin olunan adamlar belə yoxlamadan keçməlidirlər). Ancaq Conway, hələlik, bununla bağlı heç bir "rəsmi" müraciət gəlmədiyini söyləyib:

“Prezidentə gündəlik məlumat verən adamın təhlükəsizlik yoxlamasından keçməsi düzgündür. Üstəlik, təkcə düzgün yox, həm də zəruridir".

Federal antinepotizm statusunda deyilir:

"İctimai vəzifə tutan rəsmi şəxs qohumu olan şəxsi xidmət, yaxud nəzarət etdiyi idarədə mülki vəzifəyə təyin edə, işə götürə, irəli sürə, yaxud onun təyinatını, işə götürülməsini, irəli sürülməsini təbliğ edə bilməz".

Prezidentin "ictimai vəzifə tutan rəsmi şəxs", kürəkənininsə "qohumu" olduğunu nəzərə alınsa, qanun Trump-la Kushner-ə şamil edilə bilər.

Obama administrasiyası məsələyə şərh vermək xahişlərini cavabsız qoyub.

John F. Kennedy , Berlin, 26 iyun 1963

John F. Kennedy , Berlin, 26 iyun 1963

Tarixdə ilk dəfə deyil

Prezidentin Ağ Evdə nepotizm məsələsi ilə qarşılaşması tarixdə ilk dəfə deyil.

John F. Kennedy qardaşı Robert Kennedy-ni baş prokuror təyin etmişdi. Hərçənd, antinepotizm statusu yalnız 1967-ci ildə - prezident Kennedy-nin qətlindən 4 il sonra qüvvəyə minib.

Keçmiş prezident Jimmy Carter-in də öz oğlunu Ağ Evə təcrübəçi kimi gətirmək istədiyi, ancaq bunun qarşısının alındığı bildirilir.

Son dövrlərdə ən çox gözəçarpan örnəksə 1993-cü ildə Bill Clinton-un birinci ledi Hillary Clinton-u prezidentin Milli Səhiyyə İslahatı üzrə işçi qrupunun sədri vəzifəsinə təyin etməsidir. Bu addım Kolumbiya Dairəsinin (paytaxt) federal məhkəməsində mühakimə olunmuşdu.

O zaman Amerika Həkimlər və Cərrahlar Assosiasiyası adlı bir lobbi qrupu Hillary Clinton-un öz qeyri-hökumət rolundan kənara çıxdığını iddia etmişdi.

Məhkəmə qərarında deyilirdi ki...

Məhkəmənin çıxardığı qərarda deyilirdi ki, Ağ Ev və Prezidentin İcraçı Ofisi federal antinepotizm qanununun şamil olunduğu idarələr deyil. Bir sıra hüquq ekspertləri bu presedentin yeni prezidentin öz qohumunu Ağ Evdə müşavir postuna təyin etməsinə yol aça biləcəyini deyirlər.

Hüquq ekspertləri bildirirlər ki, 1993-cü il qərarına görə, Trump Kushner-ə məvacib verməsə və onu hər hansı hökumət idarəsinin tabeliyində olmayan müşavirlər şurasına təyin etsə, bu qanun çərçivəsində hərəkət imkanı qazanacaq.

Hillary Clinton və Bill Clinton, 28 iyul 2016

Hillary Clinton və Bill Clinton, 28 iyul 2016

Ekspertlərin fikrincə...

Ekspertlətin fikrincə, Trump-ın kürəkənini qeyri-rəsmi müşavir kimi saxlamasına heç bir texniki məhdudiyyət yoxdur. Kushner-i "hökumət podratçısı" kimi işə götürmək isə onu ümumiyyətlə antinepotizm qanunundan kənarda qoyur.

Mütəxəssislər bunun Trump üçün hüquqidən çox siyasi sonucları ola biləcəyini düşünürlər.

Son nəticədə hər hansı hökumət vəzifəsinə təyin olunacağı halda ən böyük risklə Kushner-in özü üzləşəcək.

O bu halda maraqlar toqquşmasına dair qanunun subyektinə çevriləcək. Bu qanunun Trump-a aidiyyatı olmayacaq. Məhz bu səbəbdən, o öz biznes maraqlarından imtina etmək fikrində deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG