Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:36

-

"Məncə, İslam bizə nifrət edir," deyə ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə ən şanslı namizədi Donald Trump çərşənbə günü CNN-ə müsahibəsində dinlə radikal İslam terrorizmi arasında fərqi izah etməyə çalışarkən bildirib.

O, müharibənin radikal İslamla aparıldığını desə də əlavə edib ki, "bunu müəyyən etmək çox çətindir. Bunu ayırd etmək çox çətindir. Çünki kimin kim olduğunu bilmirsən."

Jurnalistin nifrət "İslamın özündədirmi" sualına cavab olaraq Trump sadəcə olaraq deyib ki, bunu media müəyyən etməlidir.

"Biz çox sayıq olmalıyıq. Biz çox ehtiyatlı olmalıyıq. Və biz Birləşmiş Ştatlara nifrət edən insanların bu ölkəyə gəlməsinə imkan verə bilmərik," deyə o bildirib.

Dekabr ayında Trump müsəlmanların ABŞ-a girişinə müvəqqəti qadağa qoyulması çağırışları ilə gündəmə gəlmişdi. Onun bu fikri geniş ictimaiyyətin qınağına tuş gəlsə də, Trump təklifindən imtina etmir.

CNN-in aparıcısı ona terroçuların ailəsinə münasibətdə hansı tədbirlərin görülə biləcəyi barədə sual verib. Trump "mən generallarla birlikdə bu məsələni işləyəcəyəm," cavabını verib.

Ancaq bundan əvvəl o, terrorizmə qalib gəlmək üçün suda boğma kimi işgəncələrin geri qaytarılmasına çağırmışdı. ABŞ "suda boğmadan da o yana getməlidir," deyə o vurğulamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG