Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

“Trump-ı vurmaq istəyən” həbs olunub


Britaniyalı olduğu düşünülən 19 yaşlı Michael Steven Sandford mitinq zamanı polisin silahını qapmağa çalışıb

Ötən həftəsonu Donald Trump-ın Las-Veqasda keçirilən kampaniya mitinqində polisin silahını qapmağa çalışan şəxs respublikaçı namizədi öldürmək istədiyini bildirib.

Britaniyalı olduğu düşünülən 19 yaşlı Michael Steven Sandford az sonra Nevada məhkəməsi qarşısına çıxarılmalıdır.

Məhkəmə sənədlərindən bəlli olur ki, Sandford Las Veqasda bir polis zabitinə yaxınlaşaraq Donald Trump-dan avtoqraf almaq istədiyini bildirib.

Onun üstündə Britaniya sürücülük vəsiqəsi olub və o, polisə il yarımdır ki, ABŞ-da yaşadığını deyib.

Həbs olunan şəxs müstəntiqlərə deyib ki, o artıq bir ildir Trump-ı güllələməyi planlaşdırırmış və nəhayət ötən həftəsonu bu akta hazır olduğunu düşünüb.

Bazar ertəsi bu hadisədən əvvəl Donald Trump onun təşviqat kampaniyasına başçılıq edən Corey Lewandowski-ni işdən azad edib.

Əvvəllər güllə atmayıb

Britaniya Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, hazırda Sandford-la bağlı məlumatlar ABŞ hüquq-mühafizə orqanlarına ötürülür.

Məhkəmə sənədlərindən məlum olur ki, Sandford əvvəllər heç vaxt güllə atmadığını, lakin iyunun 17-də məşq üçün Las Veqas atıcılıq mərkəzinə getdiyini deyib.

Son rəy sorğularına görə demokrat namizəd Clinton populyarlıqda Trump-ı geridə qoyur
Son rəy sorğularına görə demokrat namizəd Clinton populyarlıqda Trump-ı geridə qoyur

Mitinq vaxtı o bir polis zabitinin silahını qapmağa çalışıb, çünki dediyinə görə silah qoruyucu kiliddə olmayıb.

Sandford deyib ki, o, uzağı iki güllə atmağa macal tapacağını və çox güman öldürüləcəyini düşünürmüş.

Həbs olunan şəxs dindirmə zamanı bildirib ki, Trump-ı bu mitinqdə də vura bilməsə, onu Feniksdə keçirləcək növbəti mitinqdə vuracağını qət edibmiş.

Bu arada son rəy sorğuları cənab Trump-ın demokrat rəqibi Hillary Clinton-dan çox geridə qaldığını göstərir.

ABŞ mətbuatı yazır ki, xanım Clinton həlledici ştatlarda daha böyük populyarlığa malikdir.

Amerika prezidenti seçkiləri noyabrın 8-də keçirləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG