Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:17

Trump inaqurasiyaya, Vaşinqton etiraz yürüşlərinə hazırlaşır


Minlərlə amerikalı Donald Trump-ın inaqurasiyasına tamaşa və etiraz etmək üçün Vaşiqntona axışır.

Trump-ın rəsmi andiçmə mərasiminə bir gün qalmış, yanvarın 19-da işçilər Kapitol yüksəkliyi ətrafını hündürlüyü 4, 5 metr olan zəncirli hasara almağa başlamışdılar. Bu ərazini həm də maşınların yolunu bağlayan beton baryerlər əhatələyəcək.

Qum kisələri ilə doldurulmuş maşınlar bir sıra küçələrdə yolu barrikadasayağı bağlayıb.

Lincoln Memorial xatirə kompleksinin həndəvərindən rok musiqisinin sədaları yayılır. Musiqiçilər Trump-ın qısa nitqindən sonra başlanacaq böyük konsertə hazırlaşırlar.

Respublikaçı Trump-ın və başqa yüksək vəzifəli dəvətlilərin Arlington Milli Mərasim kompleksində əklilqoyma mərasimi də nəzərdə tutulub.

Yanvarın 20-də Donald Trump Konqres kompleksinin qərb tərəfində qurulmuş səhnədə and içəcək.

Nahardan sonra o və ailəsi Pennsylvania Avenue boyunca Ağ Evə yollanan parada qoşulacaqlar.

Rəsmilər bildiriblər ki, inaqurasiya mərasiminə tamaşa etmək üçün Vaşinqtona təxminən 900 min nəfər gəlib.

Vəzifəsini tərk etməkdə olan daxili təhlükəsizlik naziri bildirib ki, polis bu mərasim zamanı Trump-ın tərəfdarlarını etiraz edən əleydarlardan aralamağa çalışacaq.

Bu həftəsonu Vaşinqtonda azı üç anti-Trump yürüşü planlaşdırılıb. Bunlardan ən uzunu yanvarın 21-də keçirləcək Qadınlar Yürüşüdür.

Tramp tərəfdarlarının motosikletçilərin iştirakilə azı bir aksiyası nəzərdə tutulub.

Acıqlı və bölücü seçki kampaniyasından qalib çıxan Trump Ağ Evə son 25 ildə populyarlığı ən aşağı prezident kimi daxil olur.

Gallup qrupunun yanvarın 13-də dərc etdiyi rəy sorğusu nəticələrinə görə amerikalıların çoxu Trump-ın prezidentliyini qəbul etmir. Bu, 1992-ci ildə Bill Clinton-un Ağ Evə gəldiyi gündən bəri ən aşağı göstəricidir.

Trump-ın komandasından bildiriblər ki, yeni prezident bir çox məşhur vədlərinin icrasına dərhal öz icra səlahiyyətlərindən istifadə etməklə başlaya bilər.

Bunların miqrasiyanın cilovlanması, yeni iş yerləri və sair barədə sərəncamlar olacağı gözlənilir.

İcra hakimiyyətinin sərəncamları konstitusiya ilə qanuni direktivlər sayılır və onların Konqresdə təsdiqinə ehtiyac yoxdur. Belə səlahiyyətlərdən Barack Obama öz hakimiyyətimnin son aylarında respublikaçı müxalifətə qarşı istifadə edirdi.

Trump isə daha bir bəyanatı ilə siyasətçiləri düşünməyə vadar edib. O deyib ki, bu il Vaşinqton və Nyu Yorkda daha çox paradlar keçiriləcək.

O deyib ki, prezident kimi əsas vəzifələrindən biri də adamların əhval-ruhiyyəsini yüksəltməkdir.

“Biz hərbiyyəmizi nümayiş etdirməyə hazırlaşırıq” – deyib Trump.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG