Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:11

Trump və keçilər...


Trump-ın Bedminster qolf klubu
Trump-ın Bedminster qolf klubu

►Az vergi ödəmək üçün nələr edib...

"The Wall Street Journal" yazır ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd Donald Trump Nyu Cersi ştatında ona məxsus iki qolf klubunda vergi məsrəflərini azalda bilmək üçün həm keçi saxlayırmış, həm də ot tədarükü görürmüş.

Qolf klublarından birində 0,5 kvadrat kilometrlik ot tədarükü sahəsi və səkkiz keçi, digərində isə 0,16 kvadrat kilometrlik ot tədarükü sahəsi və bir neçə kənd təsərrüfat əhəmiyyətli ağac var.

Biznesmen elə təkcə buna görə həmin torpaqları kənd təsərrüfatı torpaqları kimi bəyan edir və beləliklə də ildə on min dollardan az torpaq vergisi ödəyir.

Donald Trump
Donald Trump

Əslində isə ərazinin əksər hissəsi bitkilər və keçilər üçün yox, qolf oyunu üçün istifadə edilir.

Qəzet hesablayıb ki, əgər keçilər və ot tədarükü olmasaydı Trump ildə təxminən 80 min dollar torpaq vergisi ödəməli olardı. Vergilər daşınmaz əmlakın dəyərinə görə hesablanır.

Trump ABŞ-da vergiləri "optimallaşdırma" məqsədilə müxtəlif kənd təsərrüfatı proqlamlarında iştirak edən ilk torpaq sahibi deyil. Rok ulduzu Bruce Springsteen, keçmiş Nyu Cersi qubernatoru Christine Todd Whitman, media maqnatı Steve Forbs da bu üsula əl atıblar.

___________________________________________________________

Bunlara da bax:
Vergiyığanlara "paket maaş" əvəzinə "maaşa əlavə"
Dronlar poçtalyona çevrilir- [Video]

___________________________________________________________

Nyu Cersi ştatında heyvan saxlayanvə bitki yetişdirən torpaq sahiblərinin daha az vergi ödəməsini nəzərdə tutan qanun 1963-cü ildə ştatın həddindən artıq məskunlaşmasının qarşısını almaq üçün qəbul olunub.

Nəticədə 2013-cü ilin rəqəmlərinə görə, ştat ərazisinin 18%-i kənd təsərrüfatı əhəmiyyətli torpaqlar hesab olunur. Əslində isə Nyu York kimi bahalı şəhərin yaxınlığında yerləşən bu ştatda kənd təsərrüfatı ilə ciddi məşğul olan çox az adam var.

Trumpın özünə gəldikdə isə o öz vergi optimallaşdırma sxemləri ilə bağlı açıqlama verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG