Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Trump-ın ucuz kampaniyasının sirri nədir?


Donald Trump Mississippi-də. 24 Avqust, 2016.

Donald Trump Mississippi-də. 24 Avqust, 2016.

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trump-ın seçki kampaniyası qeyri-adi dərəcədə ucuz kampaniya aparır. O, azı 10 aparıcı əməkdaşına, məsləhətçisinə, müşavirlərinə o qədər də yüksək əmək haqqı ödəmir və ya bəzilərinə ümumiyyətlə ödəmir. Bu aparıcı şəxslərin arasında eləsi var ki, artıq seçki kampaniyasından ayrılıb.

Buna da bax: Trump seçiləcəyi təqdirdə nə edəcəyindən danışdı

Reuters yazır ki, maaş almayanlar və son günlərə qədər seçki kampaniyasında fəallıq edənlər arasında menecer Paul Manafort, Kaliforniyadan Tim Clark, kommunikasiya direktoru Michael Caputor-un adları çəkilir. İyunda kampaniyanı tərk edən iki yardımçı isə dərhal Trump Super PAC-da işləməyə yollanıblar.

Məlum olub ki, Trump azı 10 aparıcı əməkdaşına, məsləhətçisinə, müşavirlərinə o qədər də yüksək əmək haqqı ödəmir.

Nyu Yorklu daşınmaz əmlak maqnatı və onun müttəfiqləri kampaniyanı qənaətcil sayırlar, hesab edirlər ki, bu, Donald Trump-ın menecerlik qabiliyyətinə sübutdur. Onun kampaniyasının xərcləri hələ ki, 89.5 milyon dollardır. Bu, rəqib komandanın - demokratların namizədi Hillary Clinton kampaniyasının xərclərindən xeyli azdır.

Buna da bax: Trump acı sözlərinə görə peşman olub?

Maliyyə islahatları məsləhət qruplarından birinin seçki məsələləri üzrə eksperti Raul Ryan deyir ki, aparıcı şəxslərin könüllü kimi çalışması prezident kampaniyası üçün presedent deyil.

Hələ də maaş gözləyirlər

Maaşı verilməyən 10 nəfərdən biri, Michael Caputo iyunda kampaniyada iştirakdan istefa verəndən sonra Buffalo radiosuna deyib ki, düzdür, ona pul ödənməyib, amma o, könüllü də olmayıb. Caputio Reuter-ə deyib ki, Trump kampaniyası hələ də onun qəbzləri üzrə ödəniş aparmayıb.

Trump kampaniyasının aparıcı şəxslərindən ikisi, kampaniyanın məsləhətçisi, keçmiş Chris Christie kampaniyasının meneceri Ken McKay və digər məsləhətçi Laurance Gay Trump kampaniyasını iyunda tərk edəndən sonra Trump Super PAS-da işləməyə başlayıb. Maliyyə hesabatları göstərir ki, onların hər birinə 60 min dollar ödənib.

Buna da bax: İqtisadçılar Clintona üstünlük verir

Federal qanunlara görə, seçki kampaniyasında strateji rol oynayan şəxslər super PAS-lara işləməyə getməzdən öncə 120 gün gözləməlidirlər.

Super PAS nədir?

Super PAS dolayısı ilə konkret namizədə bağlı olur.

ABŞ-da siyasi seçimlərdə namizədi dəstəkləmək üçün Siyasi Fəaliyyət Komitələri (PAS) yaradılır, ancaq bu kampaniyaların xərclərində müəyyən limit var. 2010-cu ildə Ali Məhkəmə sərhədsiz xərcləmələrə yol açan PAS-ların təsisinə imkan verdi və bu qurumlar Super PAS adlandırıldı. Yeganə şərt Super PAS-ların namizədin kampaniyası ilə rəsmi əlaqədə olmaması idi. Ancaq tənqidçilər hesab edirlər ki, bu, gülünc qadağadır, çünki super PAS dolayısı ilə konkret namizədə bağlı olur. Super PAS-lara pullar konkret namizədi dəstəkləyən zəngin insanlardan və böyük şirkətlərdən gəlir.

Buna da bax: Putin-in Ağ Evdəki dostu

Trump-ın kampaniyasının əksinə olaraq, demokratların namizədi Hillary Clinton kampaniyasının meneceri Robby Mook iyulda təxminən 10 min dollar qazanıb. Barack Obamanın da kampaniya meneceri Jim Messina 2012-ci ildə bu qədər qazanmışdı. O zaman onun rəqibi Mitt Romney kampaniyasının meneceri Matt Rhoades təxminən 7 min qonorar alıb.

Aparıcı şəxsin könüllüyü nadir haldır

Donald Trump özünə yeni kampaniya meneceri seçib.

Hərçənd, namizədlərin kampaniyasında könüllülər də çalışır. Onlar seçicilərin qapısını döyür, yerlərdə təbliğat aparırlar. Kampaniyada aparıcı şəxs olub da qonorar almayan könüllü də yox deyil. Məsələn, Clinton kampaniyasına öz töhfəsini vermiş John Podesta bunu şərəf məsələsi saymış və demiş ki, işini hər hansı məbləğ çərçivəsinə salmaq istəməz. Ancaq aparıcı şəxs olub qonorar almamaq nadir rast gəlinən hal sayılır, Reuters bildirir.

Donald Trump özünə yeni kampaniya meneceri seçib. Kellyanne Conway əvvəllər Super PAS-da işləyib və bir illik qonorarı 700 min dollardan çox olub. O, Trump kampaniyasında iyulun 1-də rəsmi olaraq işə başlayıb. İyulun 31-də açıqlanan maliyyə hesabatında hələ ki, ona hər hansı məbləğdə qonorar ödəndiyi göstərilməyib. Xanım Conway bunu şərh etmək istəməyib.

Buna da bax: İlham Əliyev Rəsul Quliyevi 'yıxıb-sürüdü' [video]

XS
SM
MD
LG