Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:37

Respublikaçıların Viskonsin ştatında keçirilən həlledici praymerisində Ted Cruz Donald Trump-a qalib gələrək onun “Ağ Evə yürüşünə” ağır zərbə endirib.

Respublikaçıların Viskonsin ştatında keçirilən həlledici praymerisində Ted Cruz Donald Trump-a qalib gələrək onun “Ağ Evə yürüşünə” ağır zərbə endirib.

Bu ştatda keçirilən demokrat praymerisində Hillary Clinton da məğlubiyyətə uğrayıb.

Donald Trump-ın məğlubiyyəti o deməkdir ki, milyarder artıq iyul ayında keçiriləcək Respublikaçılar Konventinədək ona lazım olan sayda seçki nümayəndəsi toplaya bilməyəcək

Donald Trump-ın məğlubiyyəti o deməkdir ki, milyarder artıq iyul ayında keçiriləcək Respublikaçılar Konventinədək ona lazım olan sayda seçki nümayəndəsi toplaya bilməyəcək.

Belə olduğu halda ABŞ prezidentliyinə kimin namizəd olmalı olduğunu konvent həll edə bilər.

“The Reuters” yazır ki, Cruz-un qələbəsi Respublikaçılar Partiyasından ziddiyyətli milyarder Trump-ın namizədliyi barədə təşviş və narahatlıq keçirən vəzifəli partiya üzvlərinə rahatlıq gətirib.

Demokratların yarışında Bernie Sanders qalib gələrək Hillary Clinton-un bu yarışdakı üstünlüyünü azaldıb.

İndiyədək keçirilmiş prayemrilər nəticəsində Trump-ın 737, Cruz-un isə 481 seçki nümayəndəsi vardı. Prezident seçkilərində namizəd olmaq üçün minimum 1237 nümayəndənin toplanması zəruridir.

Trump-a qarşı vahid cəbhə

Hazırda Cruz və Ohayo qubernatoru John Kasich Trump-i bu məqsədə yetişməkdən məhrum etməklə namizədlik məsələsinin konventə çıxarılmasına çalışırlar.

Donald Trump son çıxışlarında "taktiki səhvlərə" yol verib

Donald Trump son çıxışlarında "taktiki səhvlərə" yol verib

Reuters yazır ki, mühafizəkar Texas senatoru Cruz-un bu prayemeridə qələbəsinə ştatın respublikaçı qubernatoru Scott Walker-in rəsmi dəstəyi kömək edib.

Respublikaçılar Partiyasının rəhbərliyi narahatdır ki, Trump rəsmi namizəd olarsa, öz partiyasına seçkidə məğlubiyyət gətirə bilər.

Viskonsin praymerisindən əvvəl Donald Trump öz kampaniyasında bir sıra bağışlanmaz taktiki səhvlərə yol vermişdi.

Əvvəllər də qadınlar barəsində ziddiyyətli mülahizələr irəli sürən Trump son çıxışında abort edən qadınların cəzalandırılmalı olduqlarını söyləmişdi.

Bu arada onun seçki meneceri də bir qadın jurnalistə qarşı zorakılığa yol vediyinə görə ittihamla üzləşib.

Bu səbəblərdən qadın elektoratın Trump-a olan münasibətinin kəskin dəyişdiyi üzə çıxmışdı.

Reuters/Ipsos çərşənbə axşamı keçirdiyi rəy sorğusu Cruz-un ölkə miqyasında da Trump-dan irəli çıxdığını göstərib.

Halbuki bir ay bundan əvvəl Cruz Trump-dan 20 xal geridə qalırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG