Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:01

Trump deyir, prezident seçilsə, ABŞ daha 'xarici ölkələrdə rejim devirməyəcək'


Donald Trump Şimali Karolinanın Selma şəhərində tərəfdarları qarşısında çıxış edir. 3 noy. 2016
Donald Trump Şimali Karolinanın Selma şəhərində tərəfdarları qarşısında çıxış edir. 3 noy. 2016

Respublikaçılar partiyasından prezidentliyə namizəd söz verib ki, "silahlı qüvvələrdən yalnız ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından həyati vacib hallarda yararlanacaq".

Donald Trump Şimali Karolinanın Selma şəhərində tərəfdarları qarşısında çıxışında deyib ki, prezident seçilərsə, başqa dövlətlərə demokratiya yeritməyə son qoyacaq.

Buna da bax:​ Trump:"Clinton sizi üçüncü dünya müharibəsinə aparır""

Trump həmçinin söz verib ki, "silahlı qüvvələrdən yalnız ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından vacib hallarda istifadə edəcək". "Biz xaricdə demokratiya qurmaq, rejimləri devirmək və başqalarının ərazilərinə düşüncəsiz müdaxilə cəhdlərinə son qoyacağıq. Bunun əvəzində, diqqətimizi Amerikada təhlükəsizliyin qorunmasına və İslam Dövləti qruplaşması (İD) və radikal islamçı terrorizmin məhvinə yönəltməliyik", deyə respublikaçı namizəd vurğulayıb.

"Bizim İD-ni və terrorçuları məhv etmək məqsədimizi bölüşən hər bir ölkə bu missiyada müttəfiqimiz olacaq", – deyə Trump əlavə edib.

Buna da bax:​ Prezident seçilsə, Trump ilk 100 gündə hansı qərarları verəcək?

O, rəqibi Hillary Clinton-u və ABŞ prezidenti Barack Obama-nı ittiham edərək deyib ki, "onların səhvləri ucbatından İD Avropa və ABŞ-a birbaşa və açıq təhlükəyə çevrilib". Amerika hərbçiləri Yaxın Şərqdə terrorçularla döyüşərkən Hillary Clinton" sərhədlərimizi daha da açmaq, həmin terrorçuların ölkəmizə girməsinə şərait yaratmaq istəyir", – Trump qeyd edib. O, çıxışında da prezident seçiləcəyi halda suriyalıların ABŞ tərəfindən qəbulu və yerləşdirilməsi üzrə federal proqramı ləğv edəcəyinə söz verib.

Buna da bax:

Trump, yoxsa Clinton - ABŞ-da yaşayan azərbaycanlıların seçimi
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG