Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:01

"Superçərşənbə"də Clinton və Trump qələbə qazanıblar


ABŞ xəbər şəbəkələrinin məlumat və proqnozlarına görə Trump və Clinton hər biri 7 ştatda birinci olublar

Amerika Birləşmiş Ştatları prezidentliyinə namizədlik yarışında demokrat namizədlərdən Hillary Clinton, respublikaçılardan isə Donald Trump uğur qazanıblar.

“Superçərşənbə” kimi tanınan böyük praymeri səsvermələri 12 ştatda keçirilirdi.

ABŞ xəbər şəbəkələrinin məlumat və proqnozlarına görə Trump və Clinton hər biri 7 ştatda qələbə qazanıblar.

Donald Trump Alabama, Arkanzas, Corciya, Massaçusets, Tennesi, Virciniya və Vermont ştatlarında, Clinton isə Alabama, Arkanzas, Corciya, Massaçusets, Tennesi, Texas və Virciniya ştatlarında qalib olublar.

Trump-ın əsas rəqibi Ted Cruz senatoru olduğu Texas ştatında və Oklahomada daha çox səs toplaya bilib.

Ted Cruz özünü Trump-ın namizədliyinin qarşısını almağa qadir yeganə şəxs kimi təqdim edir.

Respublikaçıların üçüncü namizədi Marco Rubio Minnesotada uğur qazana bilib.

Clinton-un rəqibi Bernie Sanders doğma Vermont ştatında, habelə Oklahoma, Minnesota və Koloradoda qələbə qazanıb, lakin bildirib ki, mübarizəni yerdə qalan 35 ştatda davam etdirəcək.

Müşahidəçilər Hillary Clinton-un qaradərili seçicilər arasında populyarlığının artmasını xüsusilə qeyd edirlər.

Donald Trump mətbuat konfransında bildirib ki, namizədlik yarışı həlledici mərhələsinə qədəm qoyub və indi onu yalnız bir nəfərə - Hillary Clintona qalib gəlmək maraqlandırır.

ABŞ mediası yazır ki, hələ də bir çox siyasətçi və təhlilçi Donald Trump-ın prezidetliyə namizəd ola biləcəyinə çətinliklə inanır, lakin artıq Ağ Ev uğrunda mübarizənin Trump-Clinton yarışı olacağı barədə ehtimallar gerçəkləşməyə yaxınlaşır.

Praymerilərdə seçicilər yalnız öz partiyalarının namizədlərinə səs versələr də, media ABŞ boyunca səslərin yekun hesabını aparıb.

Bu mənada Clinton demokrat seçici səslərinin 51, Trump isə respublikaçı elektoratın 40 faizinin səsinə sahibdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG