Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

►Ancaq respublikaçı seçicilərin 45 faizi hələ də Trump-ın deyil, başqa bir şəxsin partiyadan vahid namizədi olmasını istəyir

Donald Trump namizədi olduğu Respublikaçılar Partiyasının milli qurultayından sonra prezidentlik uğrunda mübarizədə Hillary Clinton-u ötüb.

CNN-in ölkəboyu keçirdiyi sorğu nəticəsinə görə, onun reytinqi 44 faizdir. Bu isə Clinton-un 39 faizlik reytinqindən, təbii ki, çoxdur.

Son dəfə 2000-ci ildə belə ciddi sıçrayış olmuşdu

CNN-in ənənəvi rəy sorğusunun nəticələrində milli qurultaydan sonra belə ciddi sıçrayış son dəfə 2000-ci ildə olmuşdu. Həmin il Al Gore və George W. Bush-un hərəyə 8 xal artmışdı.

Bu, Trump-ın CNN-in sorğu sonuclarında ötən ilin sentyabrından bəri Clinton-la müqayisədə göstərdiyi ən yaxşı nəticədir.

Trump bu yüksəlişi müstəqil seçicilərin artan dəstəyinə borcludur. Həmin seçicilərin 43 faizi bildirib ki, Trump-ın Klivlenddə keçirdiyi qurultaydan sonra, böyük ehtimalla, onu dəstəkləyəcəklər. 41 faizsə Trump-ı dəstəkləməkdən boyun qaçırıb.

Qurultaydan öncə müstəqil seçicilərin 34 faizi Clinton-a, 31 faizi Trump-a dəstək verəcəyini bildirmişdi. Digər iki namizəd - Johnson və Stein-ın reytinqləri, uyğun olaraq, 22 və 10 faiz olmuşdu. İndi bütövlükdə 46 faiz Trump-ı, 28 faiz Clinton-u, 15 faiz Johnson-u, 4 faizsə Stein-ı dəstəkləyir.

Sorğu nəticələri ölkənin ağdərili əhalisi arasında təhsil fərqinin önəminə də işıq salıb. Qurultaydan sonra Clinton-un reytinqi universitet dərəcəli ağ seçicilər arasındakı 40 faizdən təxminən 44 faizə yüksəlib. Trump-ın universitet dərəcəsi olmayan ağ seçicilər arasındakı reytinqi isə 51 faizdən 62 faizə qalxıb.

Buna da bax: Woody Allen: Məncə ABŞ-ın növbəti prezident Hillary olacaq

Qurultaydan əvvəl və sonra

Qurultaydan əvvəl qeydiyyatdan keçən seçicilərin 39 faizi Trump-ı dəstəkləyəcəyini deyirdisə, qurultaydan sonra bu göstərici 46 faizə yüksəlib. Onun iqtisadiyyat və terrorizm kimi məsələlərə yanaşmasına görə aldığı dəstəksə Clinton-a dəstəkdən xeyli çoxdur. Clinton bu məsələlərlə bağlı qurultaydan əvvəl 57 faizin dəstəyini ala bilmişdisə, qurultaydan sonra bu göstərici 50 faizə enib.

Çin fabriki Trumpın maskasından xeyli qabağa duşəcək

Qurultaydan sonra Trump-ın şəxsi imici də xeyli yaxşılaşıb. İndi çoxluğun fikrincə (52 faizin), Trump şəxsi mənafeyinə görə yox, ölkənin rifahı naminə namizədliyini irəli sürüb. Seçicilərin cəmi 44 faizi Clinton haqqında da eyni fikirdədir. Trump-ı vicdanlı və etimadalayiq sayanlar da 38-dən 43 faizə yüksəlib. "Trump kimi prezidentimiz olsa, fəxr edərdim" deyənlərin faiz nisbəti isə 32-dən 39 faizə çatıb. Artıq seçicilərin 46 faizinin fikrincə, Trump da adi amerikalıların hər gün üzləşdikləri problemlərdən xəbərdardır. Qurultaydan əvvəl bu nisbət 37 faiz idi.

Trump-ın ölkəni bölməyəcəyinə, əksinə, birləşdirəcəyinə inananların faiz nisbəti 34-dən 42 faizə yüksəlib.

CNN/ORC rəy sorğusunun nəticələrinə görə, seçicilərin 68 faizi Clinton-un vicdanlı və etimadalayiq olmadığını deyib. Bu, onun ötən həftəsonu Filadelfiyada toplaşan tərəfdarlarına ən pis xəbər olub.

Amerikalılar Trumpdan da, Clintondan da beziblər

“Bərbad”, yoxsa “əla” çıxış?

Respubkilaçıların qurultayına gəlincə, rəylər Trump-ın nəticələri qədər müsbət deyil. Hər 10 nəfərdən 6-sının (58 faizin) fikrincə, respublikaçıların qurultayı demokratlara hücumda həddini aşıb.

Rəyi soruşulanların 18 faizi Trump-ın çıxışını "bərbad" adlandırıb. CNN bu sualı 1996-cı ildən başlayaraq öz ənənəvi sorğusuna daxil edib. Bu, o vaxtdan bəri ən yüksək faiz göstəricisidir. Amma bununla yanaşı, respondentlərin 40 faizi çıxışı əla və ya yaxşı sayıb. 45 faizsə bildirib ki, Trump-ın çıxışı onların bugünkü Amerika ilə bağlı hisslərini əks etdirib. Rəyi soruşulanların 48 faizi bunun tam əksini söyləyib.

Trump-ın xanımı Melania-nın da reytinqi müsbət yöndə dəyişib. Qurultaydan öncə onun reytinqi 27 faiz idisə, qurultaydan sonra bu göstərici 43 faizə yüksəlib. Trumpın vitse-prezidentliyə namizədi Mike Pence-ə gəlincə, qurultaydan sonra onun reytinqi 16-dan 39 faizə qalxıb.

Sorğu telefonla alınıb

Sorğu nəticələrinə görə, respublikaçı seçicilərin 45 faizi hələ də Trump-ın deyil, başqa bir şəxsin partiyanın vahid namizədi olmasını istəyir.

CNN/ORC rəy sorğusu iyulun 22-24-ü arasında telefonla - təsadüfi seçilən yetkin şəxs arasında keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG