Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:23

Donald Trump indi də ‘Google’u ittiham edir


Donald Trump (video grab)
Donald Trump (video grab)

Donald Trump-ın fikrincə, debat aparıcısı və “Google” qərəzli davranırlar...

Namizədlərin ilk teledebatında uğursuz performans göstərmiş Donald Trump debatın aparıcısı Lester Holt-u qərəzli davranışda suçlayıb. O, "Google"u da axtarış nəticələrini Hillary Clinton-un xeyrinə dəyişməkdə günahlandırıb.

Trump çərşənbə günü (sentyabrın 28-də) "Google"u Hillary Clinton-un seçki kampaniyası ilə gizli əməkdaşlıqda ittiham edib. «"Google" axtarış xidməti Hillary Clinton haqqında pis xəbərləri gizlədirdi», - respublikaçı namizəd Viskonsin ştatında keçirilən rallidə - tərəfdarları önündə çıxış edərkən belə deyib. Nə "Google"dan, nə də Trump-ın seçki kampaniyasından bu ittihamla bağlı şərh almaq mümkün olmayıb. "The Guardian" yazır ki, bu ittiham "Sputnik News" rus təbliğat saytının verdiyi məlumatdan da qaynaqlana bilər.

Buna da bax: İlk debatı kim qazandı?

Yeni ittihamlar

Trump Clinton-a yeni ittihamlar irəli sürərək, onu özəl maraqlara xidmət etməkdə günahlandırıb. Trump deyib ki, Clinton "Birləşmiş Ştatların suveren dövlət statusunu onun əlindən almaq istəyir".

Ötən gün (sentyabrın 27-də) Clinton keçmiş rəqibi Bernie Sanders-lə birgə Nyu Hempşirdə seçki kampaniyasını davam etdirib. Onlar ralli zamanı Clinton-un universitetlərdə təhsil haqlarının aşağı salınması təklifini dəfələrlə vurğulayıblar.

Buna da bax: Klinton ilk debatda Trampı uddu- Reuters

"The Guardian" yazır ki, Obama-nın seçki kampaniyasında ən fəal qruplardan biri olmuş "minillik nəsli" (ABŞ-da 1980-2000-ci illər arasında doğulan insanlara belə deyirlər) Clinton-un kampaniyasında bir o qədər coşqu göstərmir. “ABC” və "Washington Post"un son rəy sorğusuna görə, yaşı 40-dan az olan seçicilərin yalnız 49 faizi noyabrda səs verəcəyini deyib. 2012-ci ildə keçirilmiş oxşar sorğuda bu rəqəm 71 faiz idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG