Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:12

Trump-ın oğlunun Türkiyədə ova çıxdığı xəbər verilir


Donald Trump və oğlu Donald Trump seçki kampaniyası zamanı

Donald Trump və oğlu Donald Trump seçki kampaniyası zamanı

ABŞ prezidenti seçilmiş Donald Trump-ın oğlu, 38 yaşlı Donald Trump bu həftə Türkiyədə keçi ovuna çıxıb.

Konqres, Ağ Ev və Amerika siyasətindən yazan “The Hill” qəzeti diqqəti belə bir məqama çəkir ki, oğul Trump-ın Türkiyəyə səfəri ata Trump-ın Ankara hökuməti ilə ilk təmasları ilə eyni vaxta təsadüf edir.

Türkiyənin Doğan xəbər agentliyinin məlumatına görə oğul Trump kurort şəhəri Antalya yaxınlığındakı dağlarda çərşənbə günü ov edirmiş.

Xəbər verilir ki, bir neçə mühafizəçi ilə müşayiət olunan Trump iki dağ keçisi vurub. O uğurlu ovdan sonra Almaniyaya yollanıb.

“The Hill” yazır ki, oğul Trump və onun qardaşı Eric mahir ovçudurlar, lakin seçki zamanı özlərinin ov şəkillərini sosial mediada yaydıqdan sonra qalmaqala səbəb olmuşdular. Bu fotolarda iki qardaş ovlanmış fil və vəhşi camışın cəsədlərini nümayiş etidirirdilər.

Məqalədə deyilir ki, bu ov səfəri Türkiyə hökuməti və Trump administrasiyası arasında açılımın başlanğıcı kimi də qiymətləndirilə bilər.

Dünyaya Türkiyənin gözü ilə...

“The Hill” xatırladır ki, Recep Tayyip Erdoğan və Barack Obama arasında münasibətlər Ankaranın Suriya siyasəti ilə bağlı gərgindir.

Türkiyə hökuməti həm də inanır ki, Trump Türkiyəni insan haqlarının vəziyyətinə görə bir elə tənqid etməyəcək.

“Mən düşünürəm ki, vətəndaş azadlıqlarına gəldikdə bizim ölkəmizin özünün çoxlu problemləri var və bizim üçün başqa ölkələrin işinə qarışmaq çətin olar…” – demişdi Trump iyul ayında The New York Times qəzetinə müsahibəsində.

“Bizə müttəfiqlər lazımdır, - deyə o əlavə etmişdi, - Mən düşünmürəm ki, bizim kiməsə mühazirə oxumaq haqqımız var”.

Donald Trump-ın müşaviri, general Michael Flynn Gülenin ekstradisiyasını dəstəkləyir

Donald Trump-ın müşaviri, general Michael Flynn Gülenin ekstradisiyasını dəstəkləyir

“The Hill” yazır ki, Donald Trump-ın milli təhlükəsizlik müşaviri kimi seçimi olan general-leytenant Michael Flynn türkiyəli vaiz Fethullah Gülenin Ankaraya ekstradisiya olunması ideyasını müdafiə edir.

“Biz dünyaya Türkiyənin gözləri ilə baxmalıyıq, - yazmışdı Flynn “The Hill” qəzetində, - Təsəvvür edin ki, biz 11 sentyabrdan dərhal sonra Osama bin Ladenin Türkiyə kurortlarından birindəki gözəl bir villada yaşadığını eşitsək necə olardı?..”

Belə görünür ki, bu sayaq yanaşma Erdoğanın ürəyindəndir, beləki o, əvvəllər respublikaçı namizədi antimüsəlman bəyanatlarına görə tənqid etməsinə baxmayaraq, indi Trump-ın seçilməsinin tənqid olunmasını “demokratiyaya hörmətsizlik” adlandırmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG