Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:26

'Trump-ın işə başladığını bir neçə saata eşidəcəksiniz'


Donald Trump
Donald Trump

Bu gün Bakı vaxtıyla axşam saat 8-də ABŞ-ın yeni prezidenti Donald Trump-ın andiçmə mərasimidir. Mərasim öncəsi tədbirlərə artıq start verilib.

Dünən – yanvarın 19-da D.Trump Vaşinqtonda A.Lincoln-un abidəsi qarşısına toplanmış minlərlə insandan ibarət kütləyə müraciət edib, ölkəsindən ötrü 10 illərdir edilməyən şeyləri edəcəyini, hər şeyi dəyişəcəyini deyib. O, paytaxta onu kökündən dəyişmək, xalqını birləşdirmək planıyla gəldiyini bildirib.

«BUNU SABAH EŞİDCƏKSİNİZ»

Köməkçiləri isə D.Trump-ın «söz deyil, hərəkət adamı» olduğunu, bunun onun Ağ evdə fəaliyyətə başlayacağı ilk saatlardan bəlli olacağını deyiblər. «Siz bunu sabah eşidəcəksiniz», – bu gündən Ağ Evin müşaviri vəzifəsini icra edəcək Kellyanne Conway belə deyib.

Buna da bax-Trump inauqurasiyaya, Vaşinqton etiraz yürüşlərinə hazırlaşır

D.Trump-ın ilk addım olaraq, iqlim dəyişikliyiylə bağlı işlər görəcəyi, islamçı ekstremistlərlə əlaqəsi olan ölkələrdən miqrasiyanı yasaqlayacağı, ABŞ-ı B.Obama-nın imzaladığı Trans-Sakit Okean Ticarət Sazişindən çıxaracağı, kömür və neft hasilatıyla bağlı məhdudiyyətləri aradan qaldıracağı, qanunsuz miqrantları həbs etməyən «toxunulmaz şəhər»lərin maliyyələşməsini dayandıracağı gözlənir. Yardımçıları bütün bu məsələlər barədə D.Trump-ın inauqurasiyadan bir neçə saat sonra qərar verəcəyini deyiblər.

KEÇMİŞ PREZİDENTLƏRLƏ BİRGƏ

Bu səhər isə D.Trump xanımıyla birgə prezident B.Obama və xanımıyla səhər kofesi içəcək, sonra ABŞ konqresinin binasını gəzəcəklər. Binada Konqres üzvləri və siyasətçilərlə görüş olmalıdır. Görüşdə B.Obama və xanımı, keçmiş prezidentlərdən Bill Clinton və xanımı –seçkidə D.Trump-a uduzmuş Hillary Clinton, George W.Bush və xanımı, eləcə də Jimmy Carter-in iştirakı gözlənir. Xəstəxanada olan ata Bush D.Trump-a məktub yazaraq, tədbirə gələ bilməyəcəyinə görə ondan üzr istəyib, uğurlar arzulayıb.

Buna da bax-Obama-nın prezidentliyi Azərbaycana nə verdi? Trump-dan nə gözləyirlər?

Bakı vaxtıyla 19:30-da musiqili inauqurasiya mərasimi başlayacaq. 20:00-da D.Trump andını içəcək.

K.Conway prezidentin inauqurasiya mərasiminin də fərqlənəcəyini, mərasimin gözəlliyi, eleqantlığı, əzəməti və qısa nitqlə yadda qalacağını bildirib.

Mərasimə görə paytaxta təxminən 800-900 min adamın axışacağı gözlənir. Ancaq onların məqsədi – mərasimə baxmağa, yoxsa etiraz etməyə gəldiyi bəlli deyil.

2009-cu ildə B.Obama-nın inauqurasiya mərasimində 1.8 milyon adam iştirak etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG