Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:01

TRT-də gürcü redaksiyasını quran azərbaycanlı


►"Hətta prezident Şevardnadze katibinə dedi ki, bu gürcü qızı Azərbaycan dilini necə öyrənib. O da gülərək dedi ki, bu gürcü deyil, azərbaycanlıdır..."

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, TRT-nin (Türkiyə Radio və Televiziyası) “Türkiyənin səsi” radiosunda gürcü xidmətini azərbaycanlı xanım - Fatma Əliyeva qurub.

O, 1998-ci ildən bəri qurduğu bu xidmətin rəhbəri çalışır. F.Əliyeva dövlət səviyyəli görüşlərə tərcüməçi kimi də qatılır. Nazirliyin rəsmi saytında – mct.gov.az-da bu xanımla müsahibə də dərc olunub. Həmin müsahibədən bəzi məqamlar diqqətinizə yetirilir.

Fatma Əliyeva

Fatma Əliyeva

- Bir azərbaycanlının başqa bir ölkədə Gürcüstanı təmsil etməsi həm də böyük məsuliyyətdir. Bəlkə elə əvvəldən başlayaq...

- Türkiyəyə gəlməzdən öncə, yəni 1998-ci ilədək dilçi-filoloq kimi Azərbaycan Elmlər Akademiyasında, eyni zamanda Dövlət Televiziyası və Radiosunun xarici dillərdə yayımlanan “Azərbaycanın səsi” radiosunda çalışmışam, gürcü dilində proqramlar hazırlamağa kömək etmişəm. Bir dəfə tanınmış türkiyəli alim Seyfəddin Altaylı mənə bildirdi ki, “Türkiyənin səsi” radiosunda gürcü şöbəsi qurulacaq və bu işdə onlara kömək edə bilərəm. Sonra məni TRT-yə dəvət etdilər. Beləliklə, özümüzlə gürcü dili bilən bir azərbaycanlı da götürüb Ankaraya gəldik. 1998-ci il martından burdayam. Qeyd etdiyiniz kimi, bu iş həm də böyük məsuliyyətdir. Amma bu günə qədər çalışmışam ki, öhdəsindən gəlim və yəqin bundan sonra da belə olacaq.

Buna da bax: Günel Mövlud. Biz nə edəcəyik?

- Gürcü dilini necə öyrənmisiniz?

- Gürcüstanın Qaraçöp kəndində doğulub boya-başa çatmışam. Yaxınlıqda Kaçreti adlanan gürcü kəndi vardı. Orta məktəbi həmin kənddə bitirmişəm. Orada atamın gürcü dostunun ailəsində yaşamışam və gürcü dilini də bu mühitdə öyrənmişəm. Dünyada 11 xalq var ki, özünəməxsus yazısı var, onlardan biri də gürcülərdir. Yəni bu dili akademik səviyyədə öyrənmək asan deyil. Sonra ali məktəbə daxil oldum, namizədlik dissertasiyası müdafiə etdim. Təxminən 15 il Bakıda yaşadıq. AMEA-nın Folklor İnstitutunda çalışmaqla yanaşı, həm də Gürcüstanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq edir, tərcümə işlərində onlara yardım göstərirdim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, Azərbaycanda gürcü dilini bilən az sayda mütəxəssislərdən biriyəm.

- Rəsmi görüşlərdə tərcüməçi kimi iştirak etmisiniz. O görüşlərdən yaddaşınızda xatirələr qalıbmı?

- Əlbəttə, qalıb. Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin görüşlərində, Türkiyə baş nazirinin gürcü rəsmiləri ilə görüşlərində tərcüməçi kimi iştirak etmişəm. İlk dəfə Bakıda Azərbaycan və Gürcüstan prezidentləri Heydər Əliyev və Eduard Şevardnadzenin görüşünə tərcüməçi kimi məni dəvət etdilər. Çox həyəcanlı idim. Amma sonra həyəcan keçdi. Hətta prezident Şevardnadze katibinə dedi ki, bu gürcü qızı Azərbaycan dilini necə öyrənib. O da gülərək dedi ki, bu gürcü deyil, azərbaycanlıdır...

Günün bütün mövzuları

XS
SM
MD
LG