Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:42

Milli Azərbaycan Tarixi Muzeyi 95 yaşını qeyd edir


Milli Azərbaycan Tarixi Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi

-

Oktyabrın 21-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin 95 illik yubileyinə həsr olunan sərginin açılışı və «Virtual Qarabağ Tarixi Muzeyi»nin təqdimat mərasimi keçiriləcək.

Muzeydən AzadlıqRadiosuna verilən xəbərə görə, virtual muzey Gənclər və İdman Nazirliyinin dəstəyi ilə «Virtual Qarabağ» İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

Sərgidə Muzeyin tarixi, 95 il ərzində keçdiyi yol, burada çalışmış görkəmli mütəxəssislər barədə məlumat veriləcək, fondlarda qorunan maraqlı eksponatlar, muzeyin nəşrləri nümayiş olunacaq.

Muzeyin direktoru Nailə Vəlixanlının müəllifi və tərtibçisi olduğu «Milli Azərbaycan tarixi Muzeyi – 95» kitab-albomu da mərasimdə təqdim ediləcək.

Azərbaycanda ilk peşəkar virtual muzey olan «Virtual Qarabağ Tarixi Muzeyi» layihəsinin məqsədi tarixin kütləviləşdirilməsi, müxtəlif muzeylərdə saxlanılan və Qarabağın tarixi, mədəni irsini özündə əks etdirən eksponatları bir yerdə cəmləməkdir.

Burada Qarabağa dair Azərbaycanın və dünyanın müxtəlif 32 muzey və şəxsi kolleksiyasından 900-ə yaxın eksponat toplanıb.

Təqdimat saat 12.00-də Muzeyin Sərgi və Şərq zallarında keçiriləcək.

Muzey ilk addımlarını «Doğma diyarın tədris muzeyi» kimi atıb. Daha sonra Azərbaycan Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu ildə açılmış, ancaq fəaliyyət göstərməyə macal tapa bilməmiş «İstiqlal» muzeyinin varisi kimi «İstiqlal» adı verilib.

Bolşevik işğalından sonra 1920-ci il oktyabrın 25-də muzeyin statusu genişləndirilib, Xalq Maarif Komissarlığının sərəncamı ilə ona «Azərbaycan SSR Dövlət Muzeyi» adı verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG