Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti vergiyə cəlb edilməyəcək.

Bu barədə prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2016-cı il 30 sentyabr qanununun tətbiqi barədəsərəncam imzalayıb.

Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində “daşınması” sözündən sonra “, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti” sözləri əlavə edilir. Bu maddədə qeyd edilən xidmətlərdən vergi sıfır (0) dərəcə ilə tutulur.

İndiyədək tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti adi qaydada ƏDV-yə cəlb edilirdi.

Yeni mətndə göstərilir ki, tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV 0 dərəcə ilə hesablanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG