Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:54

Əhməd Arslan :'Türkiyə dəstəyini davam etdirəcək'


arxiv foto
arxiv foto

Türkiyə "Transxəzər beynəlxalq nəqliyyat marşrutu"na (TMTM) dəstəyini davam etdirəcək ki, daşıyıcılar ona üstünlük versinlər.

Bu barədə TrendTürkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

Nazirin sözlərinə görə, 2015-ci ildə Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrinə daşımalar əvvəlki illərlə müqayisədə xeyli artıb.

O qeyd edib ki, 2015-ci ildə Azərbaycandan tranzit ilə Mərkəzi Asiya ölkələrinə təqribən 8 min yük maşını göndərilib.

Nazir bildirib ki, "Bakı-Tbilisi-Qars" dəmir yolunun yaradılması başa çatdıqdan sonra müxtəlif yüklərin nəqli imkanı olacaq ki, bu da daşıyıcılara sərf edəcək.

Ə.Arslan əlavə edib ki, Ankara İran və Azərbaycan dəmir yollarının kəsişməsini vacib hesab edir:

"Türkiyə həmişə alternativ marşrutları dəstəkləyir".

"Bakı-Tbilisi-Qars" dəmir yolunun təməl daşı 2007-ci ildən qoyulsa da, hər milyonlarla vəsaitin ayrıldığı layihə hələ ki, tam istifadəyə verilməyib.

XS
SM
MD
LG