Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:46

Mahnı sözləri yazaraq Nobel alan ilk şair Bob Dylan deyil Taqoruymuş


Hind şairi Rabindranath Tagore.
Hind şairi Rabindranath Tagore.

-

Ədəbiyyat üzrə nobel mükafatının mahnı sözləri yazan müğənniyə yəni Bob Dylana verilməsi dünya mediyası tərəfindən həm emosiyanal, həm də yoxlanılmamış iddialarla qarşılandı. Bir çox özünə hörmət edən dünya mediyalarında yazılar çıxmağa başladı ki, "ilk dəfədir, belə mötəbər mükafat "müğənni" və "mahnı sözləri yazan"a verilir. Ancaq bu iddaların doğru olmadığını qeyd etməkdə fayda var. Belə ki, ilk dəfə (və həm də Bob Dylana qədər sonuncu dəfə) ədəbiyyat üzrə Nobel mükafatı alan və həm də "mahnı sözü yazan" şəxs 1913-cü ildə bu mükafatı almış hind şairi Rabindranath Tagore olub. Bu haqda "Guardian" qəzetinin hind əsilli köşə yazarı Amit Chaudhuri öz köşə yazısında məlumat verir.

Rabindranath Tagore Hindistanın milli lideri Mohatma Ghandiyə şeirlərini oxuyur.
Rabindranath Tagore Hindistanın milli lideri Mohatma Ghandiyə şeirlərini oxuyur.

Mükafat Tagore-yə ona görə verilib ki, o "Kamil şairlik qabiliyyətiylə yaratdığı dərin hissiyyatlı, saf və gözəl şərqilərlə, ingilis kəlmələrinin köməyilə ifadə etdiyi poetik düşüncələri qərb ədəbiyyatına təsir edib". Bob Dylana isə "Amerika musiqi ənənəsi çərçivəsində yeni poetik ifadə tərzi yaratdığına görə" layiq görülüb. Ancaq Chaudhurinin sözlərinə görə Benqaliyanın sərhəddlərindən kənarda çox az adam bilir ki, Tagorenin öz dövründə Nobelə layiq görüldüyü şeirlər ("şərqilər") əslində Benqal dilindən ingiliscəyə çevrilmiş mahnılar idi.

Buna da bax: Albert Eynşteynlə Rabindranat Taqorun söhbətləri

Belə ki, Tagore Nobeli "Gitanjali" adlı kitabının "Qurbanlıq nəğməsi" adlı ingilscə tərcüməsinə görə almışdı. Bu kitab Benqal bölgəsində hələ də oxunan üç cildlik mahnılardan seçmələr əsasında yazılmışdı. Tagore-nin Dylandan bircə fərqi o idi ki, şeirlərini daha dolğun, təsirli və tam müasir bir dildə yazmışdı.

Rabindranath Tagorenin 1913-cü ildə Mc Millian nəşriyyatından çıxmış "Gitanjali" mahnılar kitabı.
Rabindranath Tagorenin 1913-cü ildə Mc Millian nəşriyyatından çıxmış "Gitanjali" mahnılar kitabı.

Benqal dilində "Gitanjali" gita - mahnı, anjali - isə dini mənada qurban anlamına gəlir. Kitabda ənənəvi benqal dini mahnıları stilində yazılmış Tanrıyla insan arasındakı münasibətlərdən ibarət şeirlər toplanmışdı. Tagorenin bu kitabına görə Nobel alması da tamamilə təsadüf nəticəsində mümkün olmuşdu. Belə ki, benqalca 153 mahnı sözündən ibarət kitabı müəllif ilk dəfə 1910-cu ildə çap etdirir. Bunun ardınca 1912-ci ildə müxtəlif məşhur sənət və ədəbiyyat adamları ilə görüşmək üçün İngiltərəyə yollanır. Gəmiylə səfər zamanı yolda xəstələnən şair 19-27 mart günləri arasında fürsətdən istifadə edib şeirlərini özü tərcümə etməyi qərara alır. Bu haqda o sonralar qardaşı oğlu İndire Debiyə məktubda yazırdı:

"...Oturub nəsə yeni bir şey yazmağa taqətim qalmamışdı. Beləliklə "Gitanjali" kitabımı götürüb ordan bir-birinin ardıyca şeirlərimi tərcümə etməyə başladım".

- 6 may 1913

Buna da bax: Bob Dylan bu şeirlərinə görə Nobel alıb [video]

Tagore Londona çatdıqcan sonra bir neçə dəftər dolusu şeirlərinimüxtəlif məclislərdə oxumağa başlayır. Şeirlərin ilk dinləyiciləri irland rəssamı William Rothenstein və ingilis şairi William Yeats olurlar. Şeirləri çox bəyənən Yeats onları İngiltərədəki Hindistan cəmiyyətinin yardımı ilə çap etməy təklif edir və tezliklə Tagorenin şeirləri 750 tirajla İngiltərədə çapdan çıxır. Kitabın ilk çapı 1912-ci ildə işıq üzü görür. Bunun ardınca o oğlu Rothindranathın təklifi ilə ABŞ-ın İllinoys ştatına yollanır. Şair özü ABŞ-daykən şeirləri İngiltərədə təkrar-təkrar çap olunur və böyük maraqla qarşılanır. Şair artıq Hindistana qayıdanda noyabrın 13-ü 1913-cü il Ədəbiyyat üzrə Nobel mükafatı aldığını öyrənir.

Rabindranath Tagorenin benqalca yazdığı sözlərə bəstələnmiş dini mahnılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG