Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:22

Özünü qadın hesab edən kişi ruhi xəstə sayılmaya bilər…


Transseksuallar

Transseksuallar

Tibb icması transgender (kimliyi ilk baxışdan mənsub olduğu cinsi kimliklə üst-üstə düşməyən) kişi və qadınların ruhi xəstə olmadığını qəbul etməyin bir addımlığındadır.

«Lancet» psixiatriya dərgisində çıxan məqalədə əksini tapan dəlillər indən belə transgender kimliyinin ruhi xəstəlik sayılmayacağını düşünməyə əsas verir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Amerika Psixiatriya Assosiasiyası transgender kimliyini psixi pozğunluq adlandırır.

CƏMİYYƏTİN YADLAŞDIRMA VƏ ZORAKILIĞI

Nyu-Yorklu transgender – 35 yaşlı aktrisa Shakina Nayfack deyir: «Transların psixi əngəlli kimi təsnif edilməsi onların sanki ruhi xəstə, cinsi yırtıcı kimi tanıdılmasına yol açır. Bu isə bizim ayrıseçkiliyə məruz qalmağımıza imkan verir».

Stress yaşamaq və fəaliyyət göstərə bilməmək psixi pozğunluğun başlıca komponentlərindən sayılır. Ancaq sözügedən dərgidə dərc edilən hesabatda deyilir ki, Mexiko şəhərində 250 transgender arasında keçirilən sorğu yekunları bu komponentlərin cəmiyyət tərəfindən yadlaşdırma və zorakılıqdan qaynaqlandığını göstərir.

Statistika üzə çıxarır ki, 2013-cü ildə nifrət zəminində baş verən qətllərin 72 faizi transgender qadınlara qarşı törədilib. Ağdərili olmayan transgender şəxslərin polis zorakılığına məruz qalması ehtimalı da 6 dəfə çoxdur. Trans qadınlar başqalarından 2 dəfə daha çox cinsi istismar edilirlər.

Homoseksualların paradına ikinci hücumunu etdi

«BU FƏRZİYYƏ SÜBUTA YETİRİLMƏLİDİR»

Tədqiqatın əsas müəllifi Dr. Rebeca Robles-in sözlərinə görə, əldə edilən nəticələr göstərir ki, kədər və məcburi fəaliyyətsizlik transgender kimliyinin özündən deyil, damğa vurulmaqdan və aşağılayıcı münasibətdən törəyə bilər. 2018-ci ildə ÜST Xəstəliklərin Beynəlxalq Təsnifatını təsdiqləmədən müxtəlif ölkələrdə yeni aparılaraq bu fərziyyə sübuta yetirilməlidir. Hazırda eyni tədqiqat Braziliya, Fransa, Hindistan, Livan və Cənubi Afrika Respublikasında aparılır. Nəticələr 6 aya məlum olmalıdır.

Tədqiqatın müəlliflərindəndoktor Geoffrey Reed deyir ki, transgender şəxsləri mütləq psixiatrların müalicə etməsi təsəvvürləri onların tibb xidmətlərinə çıxışını məhdudlaşdırır. «Bəzi ölkələrdə xidmət göstərməzdən öncə «xəstə» ağır psixiatrik müayinədən keçməyə məcbur qalır»".

XRONİKİ TRANSSEKSUALLIQ?

Nayfack deyir ki, tibbi sığorta şirkətindən ortopedə göndəriş almaqdan ötrü əvvəlcə onun tibbi blanklarında «cinsi kimlik pozğunluğu» və «xroniki transseksual» olduğu qeyd edilib: «Bu nə deməkdir? İnanmağım gəlmir. Adamın xroniki bronxiti ola bilər, ancaq mən kiminsə xroniki transseksual ola biləcəyini düşünmürəm».

Dr. Reed-in sözlərinə görə, ÜST-nin bu araşdırması istər sosial, istərsə tibbi baxımdan transgender icmasının xeyrinədir: «Həm də ona görə önəmlidir ki, bu təsnifat transgender insanlara aid qanun və siyasətin, sosial yanaşmaların da dəyişməsinə imkan verəcək».

Sözügedən araşdırmanı transgender vəkillər alqışlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG