Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:50

ABŞ transgenderlərinin "tualet problemi"


Ağ Evin transgenderlərə istədikləri cinsə aid ayaqyolundan istifadə haqqı verməsi bir sıra ştatların kəskin reaksiyasına səbəb olub

Obama administrasiyası ABŞ-ın dövlət məktəblərinə müraciət edərək transgender tələbələrə hansı cinsin tualetindən istifadə etmək məsələsində seçim azadlığı verilməsinə çağırıb. Bu çağırış respublikaçıları hiddətləndirib.

Mühafizəkarlar administrasiyanın icbari xarakter daşımayan təlimatını kəskin tənqid edirlər. Bu, ölkədə lesbian, gey, biseklsual və transgender hüquqları məsələsini yenidən gündəmə gətirib.

Əgər prezident Obama düşünürsə ki, Texas məktəblərində kişilərin qadın tualetlərinə girməsinə icazə veriləcək, onda o daha bir hüquqi çəkişməyə hazırlaşmalı olacaq

Texasın baş prokuroru Ken Paxton deyib ki, Ağ Evin qoyduğu yeni qaydalara hüquq müstəvisində müqavimət göstəriləcək.

“Əgər prezident Obama düşünürsə ki, Texas məktəblərində kişilərin qadın tualetlərinə girməsinə icazə veriləcək, onda o daha bir hüquqi çəkişməyə hazırlaşmalı olacaq” – deyib baş prokuror.

Respublikaçıların qubernator olduqları başqa ştatlar da administrasiyanın çağırışlarına sərt cavab veriblər.

Şimali Karolina ştatının qubernatoru Pat McCrory bu çağırışı “hakimiyyətin icra qanadı tərəfindən səlahiyyətlərin kobud şəkildə aşılması” adlandırıb və Konqresin bu məsələyə müdaxiləsini istəyib.

Arkanzas qubernatoru Asa Hutchinson administrasiyanın bu addımının “təhqiramiz, müdaxiləçi və sağlam düşüncəyə zidd” olduğunu deyib.

Tualet seçimi insan haqqıdır

ABŞ-ın Təhsil və Ədliyyə nazirliklərinin məktubunda deyilir ki, məktəblər üçün verilmiş bu təlimat icbari olmasa da, tələbələrin cinsi kimlik məsələsi də daxil diskriminasiyasına yol verilməməlidir.

Təlimatda bildirilir ki, qanunun Obama administrasiyanın interpretasiyasında qəbul etməyən məktəb dairələrinə qarşı məhkəmə qaydasında ölçü götürülə və onlar federal büdcədən məhrum edilə bilərlər.

Ağ Ev öz mövqeyini müdafiə edərək bildirir ki, yeni qaydalara təhlükə yox, “spesifik, praktik əhəmiyyətli təklif” kimi baxılmalıdır.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, administrasiyanın məqsədi hər bir tələbənin təhlükəsizliyinin və ləyaqətinin qorunmasıdır.

Onun sözlərinə görə, yeni qaydalar transgender icmasına qarşı disckriminasiyaların önlənməsinə xidmət etməlidir.

Tualet üçün doğum şəhadətnaməsi

Ağ Evin bu direktivindən əvvəl Ədliyyə Nazirliyi ilə Şimali Karolina ştatının rəhbərliyi arasında federal məhkəmə çəkişməsi davam edirdi.

Şimali Karolina ötən mart ayında hər bir kəsin öz cinsinə uyğun tualetdən istifadə etməsini icbari edən qanun qəbul edib.

Bu qanunda hər bir kəsin doğum şəhadətnaməsində göstərilən cinsə uiyğun tualetdən istifadəsi icbari sayılır.

Buna bənzər qanunlar Mississippi, Tennessi və Missuri ştatlarında qəbul olunub.

Sadə amerikalılara gəlincə isə, onlar transgenderlərin hansı cinsin tualetindən istifadə edə bilməsi barədə müxtəlif mövqe nümayiş etdirirlər.

Reuters/Ipsos-un birgə rəy sorğusu göstərib ki, adamların 44 faizi hər kəsin öz bioloji cinsinə uyğun ayaqyolundan istifadə etməsinə tərəfdardır.

Rəyi soruşulanların 39 faizi düşünür ki, adamlar öz seçimləri olan cinsiyyət kimliyinə uyğun olaraq hərəkət etməlidirlər.

Bir çoxları bu qənaətdədirlər ki, bu məsələ barədə federal qanunun qəbul edilməsinə ehtiyac var.

Respublikaçılar partiyasından prezidentliyə potensial namizəd Donald Trump deyib ki, bu məsələ ştatların öz öhdəsinə buraxılmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG