Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:28

Tramvay Tbilisi küçələrinə qayıda bilər


Foto arxiv
Foto arxiv

-

Ənənəvi nəqliyyat növü olan tramvay yaxın gələcəkdə Tbilisi küçələrinə qayıda bilər. Meriyada və sakrebulo-da (yerli qanunverici orqan) paytaxtın əsas planı üzərində iş gedir. Bu planda bir neçə tramvay marşrutu da nəzərdən keçirilir.

Ekspertlərin dediyinə görə, tramvayın tətbiqi üçün inkişaf etmiş ölkələrin təcrübəsi öyrəniləcək.

Sakrebelo-nun məlumatına görə, Fransa şirkəti “Sistra”nın təmsilçiləri yerli ekpsertlərlə birgə artıq şəhərdaxili nəqliyyat şəbəkəsinin inkişaf konsepsiyası üzərində işləyirlər. Konsepsiyanın yayın ortalarında hazır olacağı gözlənir. Məlumata görə, üç il əvvəl “Sistra” şirkəti 3 il əvvəl meriyanın sifarişi ilə tramvay şəbəkəsinin tətbiqi ilə bağlı layihə hazırlayıb, amma hakimiyyət bu layihəni qəbul etməyib.

QHT xarici təcrübəni öyrənib

“Tbilis tramvayı” QHT-sinin rəhbəri Georgi Babunaşvili şəhər nəqliyyat sistemində müasir tramvay şəbəkəsinin tətbiqini müdafiə edir və ekspert kimi bunu qiymətləndirir. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat ekoloji təmizlik və təhlükəsiz tnəqliyat kimi tramvayın istifadəsini məqbul sayan Çexiya, Fransa, Böyük Britaniya, Polşa və Almaniya kimi ölkələrin təcrübəsini detallara qədər öyrənib.

Praga- tramvay
Praga- tramvay

“Hesab edirik ki, müasir tramvay sisteminin tətbiqi şəhəri tıxaclardan qoruyacaq və ekologiyanı yaxşılaşdıracaq. Müasir tramvay mövcud nəqliyyat sxeminə əlavə deyil, əksinə, tramvay gedən istiqamətdə avtobus və marşrut taksilərinin yolunu dəyişmək lazımdır. Başa düşmək lazımdır ki, müasir tramvay 3-4 avtobusu əvəzləyir, şəhərin hərəkət yükünü azalda bilir. Tramvayın hərəkəti mümkün olan yerləri ayırmaq lazımdır ki, bu nəqliyyat növü tıxaca düşməsin”, - deyə Georgi Babunaşvili deyir.

Onun sözlərinə görə, “Sistra” şirkətinin hazırladığı Tbilisi tramvay marşrutları layihəsinin dəyəri 143 milyon avrodur.

“Tramvayı ləğv etmək səhv idi”

Tbilisi sakrebulo-nun müstəqil deputatı Aleko Elisaşvili xatırlayır ki, paytaxtın tramvay şəbəkəsinin 100 ildən çox tarixi var. Tbilisidə tramvay 2006-cı ildə ləğv edilib.

Aleko Elisashvili
Aleko Elisashvili

Aleko Elisaşvili də deyir ki, o zamankı bələdiyyənin də prinsipial səhvi tramvayı müasirləşdirmək əvəzinə nəqliyyat növü kimi ləğv etmək olub. “O vaxtkı rəhbərlik tramvaya alternativ kimi marşrut taksini seçdi, amma bu özünü doğrultmadı”, deyə o vurğulayır.

“Tramvay lap 40 il də xidmət göstərə bilər”

“İstismar müddəti 10 il olan avtobuslarla müqayisədə tramvay 20 ilə qədər xidmət edə bilər, təmir olunsa, bu müddət 40 il çəkər. Hazırda şəhərə minə yaxın avtobus lazımdır, amma sonuncu tenderdə cəmi 200 avtobus alınacaq. Bizdə elektrovoz və vaqon istehsalı üçün uyğun materiallar bazası var, burda təmir işləri, hətta vaqon da istehsal etmək olar, bu isə şəhər büdcəsinə qənaət etməyə imkan yaradar”,- Aleko Elisaşvili deyir.

Urbanist Mamuka, şəhər sakrebulo-nun təmsilçiləri “Tbilisi tramvayı” QHT-sinin rəsmiləri və xarici ekspertlərlə görüşdə tramvay şəbəkəsinin mümkün inkişaf variantlarını nəzərdən keçirirlər.

Mamuka Salukvadze
Mamuka Salukvadze

​Onun sözlərinə görə, xarici mütəxəssislər şəhərin metro xətləri keçməyən enli küçələrini nəzərdən keçirib və hesab edirlər ki, bu küçələrdə tramvay yolu salına bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG