Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:15

-

Baş Prokurorluq Ukraynadan Azərbaycana dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan “Omeqa” şirkətinə cinayət işi açıb.

Bu haqda prokurorluğun İqtisadiyyat Nazirliyi ilə birgə yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, İqtisadiyyat Nazirliyi istehsal və idxal olunan məhsulların keyfiyyətini araşdırarkən, ölkəyə keyfiyyətsiz toyuq əti gətirildiyini müəyyən edib. Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müvafiq materialları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib.

Məlumatda bildirildiyinə görə, Baş Prokurorluq öz növbəsində müəyyən edib ki, “Omeqa”nın vəzifəli şəxsləri ölkəyə Ukrayna istehsalı olan “Katkut” dondurulmuş toyuq əti məhsulları idxal edib.

Buna da bax: Böhran 'Səba' toyuqlarının 'belini qırıb'

Açıqlamada, həmin məhsulların tərkibində nəmliyin kütlə payının normadan 7 dəfə artıq olduğu iddia olunur.

Prokurorluq qeyd edir ki, bu məhsulların idxalında məqsəd qiyməti süni yolla artırmaq, çəki və keyfiyyətdə istehlakçıları aldatmaq olub. Buna görə, Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanıb.

Məsələyə, hələlik, “Omeqa” şirkətinin rəsmilərindən və ya onların vəkillərindən münasibət öyrənmək mümkün olmayıb.

Ötən il dekabrın 21-də Azərbaycanda baş verən devalvasiyadan sonra da, bir sıra broyler müəssisələrinin sahibləri süni qiymət artımında günahlandırılmışdılar.

Buna da bax: "Ət sentyabrdan ucuzlaşacaq"

Günün bütün mövzuları

XS
SM
MD
LG