Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:32

►Onların arasında “Gilan” və “Azərtoxum” MMC-lər də var

Kənd Təsərrüfatı Nazirliyi ötən il yetişdirilib-satılmış toxum və tinglərə görə subsidiya alan şəxslərin siyahısını açıqlayıb.

Nazirlik dəyəri qismən dövlət büdcəsi hesabına ödənən toxum və tinglərin miqdarını da elan edib.

Məlumata görə, 46 rayonda fəaliyyət göstərən 277 fermer, özəl şirkət, dövlət toxumçuluq və meyvə tingliyi təsərrüfatına 5 milyon 318,9 min manat ödənilib.

Həmin təsərrüfatlar 60 min 263 ton buğda, kartof, pomidor və s. bitki toxumunun güzəştli satışı üçün təxminən 4 milyon 970 min manat subsidiya alıb. Toxumun reproduksiyasından asılı olaraq, onun hər kiloqramına 7 və 10 qəpik subsidiya verilir.

Buna da bax: “Azərbaycan korrupsiya bataqlığında girovdur”

“Gilan” MMC-nin Qəbələdəki toxumçuluq təsərrüfatı buğda istehsalçılarına satdığı 921 ton toxuma görə 81 min 312 manat, Yevlaxdakı “Azərtoxum” MMC isə 4 min 550 ton toxum üçün 326 min 900 manat subsidiya alıb. İkincinin payçıları sırasında dövlətə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC də var.

Keçən il fermerlər və ixtisaslaşmış təsərrüfatlar meyvə bağlarına 3 milyon 633 min 999 ədəd peyvənd edilmiş ting satıblar. Təkcə Quba bağbanları 216 min ədəd ting sata biliblər. Hər tingə görə istehsalçılara ortalama 90 qəpik ödənilib.

Kənd Təsərrüfatı Nazirliyi şəffaflığın təmin edilməsi məqsədilə 2013-cü ildən bəri verilən subsidiyalar haqqında geniş məlumatı ictimaiyyətə açıqlayır. Nazir Heydər Əsədov bu yaxınlarda prezident İlham Əliyevin də qatıldığı müşavirədə demişdi ki, məhz bunun sayəsində dövlət büdcəsindən ayrılan subsidiyaların bölüşdürülməsində əvvəllər gözə çarpan neqativ halların bir çoxu aradan qalxıb.

Bu il kənd təsərrüfatına ötənilki qədər - 186 milyon 200 min manat subsidiya yönəldiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG