Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Respublikanın 8 rayonu üzrə icarədə olan 18 min hektar torpaq sahəsinin müqaviləsinə xitam verilib və dövlət mülkiyyətinə qaytarılıb. Həmin torpaqların istifadəsiz saxlandığı bildirilir.

Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, hazırda daha 18 rayon üzrə 23 min hektar belə torpaq sahəsinin icarə müqavilələrinə xitam verilməsi istiqamətində işlər aparılır.

“Bütün bu hallarla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunaraq pozuntulara yol vermiş şəxslərə təqdim olunub. Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi, mühafizə zolaqları ilə bağlı tələblər izah olunub”.

Komitə bildirir ki, tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi bildirilib.

Müxtəlif dövrlərdə ölkə başçısının müvafiq sərəncamlar ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik sərtləşdirilib. Bununla bağlı cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib.

Ancaq bəzi əyalətlərdən də belə şikayətlər gəlir ki, söhbət heç də yalnız istifadəsiz torpaqlarla bağlı icarə müqavilələrinin ləğvindən getmir. Şikayətlərə görə, bəzi istifadə edilən torpaqlarla da bağlı eyni addımlar atılıb. Məqsəd torpaqların bir neçə əldə cəmləşməsidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG