Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18

►Bu ərəfədə Azərbaycan parlamenti istifadə edilməyən kənd təsərrüfatı torpaqları ilə bağlı cərimələri kəskin şəkildə artırıb...

İran Azərbaycana kənd təsərrüfatı məhsullarının birgə istehsalına başlamağı və üçüncü ölkələrə ixrac etməyi təklif edib.

Bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccətinin Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda dediyi bildirilir.

Trend xəbər verir ki, nazir ölkələrin kənd təsərrüfatı üzrə birgə müəssisələr yarada və investisiya layihələri reallaşdıra biləcəyini bildirib.

“Azərbaycan və İran kənd təsərrüfatı məhsullarından birgə istifadə edə bilər.Birgə məhsullar istehsal edib, üçüncü ölkələrə satarlar. Bundan başqa, Azərbaycan əkin sahələrini iranlı fermerlərə uzunmüddətli icarəyə verə bilər".

Nazir əlavə edib ki, Azərbaycanın idxal etdiyi bəzi məhsulların eynisinin İran mənşəli məhsullarla əvəzləməsi də mümkündür. Onun deməsinə görə, İran da digər ölkələrdən idxal etdiyi məhsulları Azərbaycandan ala bilər.

____________________________________________________________

Bunlara da bax:
Gənc fəaldan işgəncə məktubu: "Zorlama ilə hədələdilər"- [Foto]
Əgər Ermənistan Azərbaycanın neft infrastrukturunu vursa...

____________________________________________________________

Mayın 16-da Bakıda Azərbaycan-İran biznes forumu keçirilib. Forumda hər iki ölkənin aparıcı şirkətləri təmsil olunublar.

Bir gün əvvəl isə İranın kənd təsərrüfatı naziri Mahmud Höccətini prezident İlham Əliyev qəbul etmişdi.

Bundan 10 gün öncə isə Azərbaycan parlamenti istifadə edilməyən kənd təsərrüfatı torpaqları ilə bağlı cərimələri kəskin şəkildə artırmışdı.

Bununla bağlı Vergi Məcəlləsinə 206.1-1-ci maddə əlavə edilmişdi. Həmin maddəyə görə, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi hər 100 kvadratmetrinə görə 10 manat (1 hektar torpaq sahəsinə görə, 1000 manat) müəyyən edilir.

Vergilər Məcəlləsinin əvvəlki mətnində kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 0,06 manat müəyyən edilirdi.

Müstəqil iqtisadçılar düşünür ki, belə cərimədən sonra insanların çoxu sadəcə torpaqdan imtina edə bilər.

Buna da bax: Cəbrayıl - Erməni tərəfinin yaydığı görüntülər

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 may)

Rasim Musabəyov: “Azərbaycan heç bir halda buna razılaşmayacaq”
“Azərsu” suyun qiymətinin qaldırılmasını nəylə əsaslandırır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 may)​

Qarabağa görə Azərbaycandan nə tələb olunur?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG