Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:21

Nazirliyin “istifadəsiz torpağa cəza” təklifinə tovuzlu Arifin cavabı


Combine
Combine

►Hökumət kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadəsiz saxlayanı cəzalandırmağa hazırlaşır

Hökumət əkin-biçin, otlaq təyinatlı torpaq sahəsini istifadəsiz saxlayanları cəzalandırmağa hazırlaşır. Kənd Təsərrüfatı Nazirliyi təklif edir ki, belə torpaqların ard-arda 2 il istifadəsiz qalmasına yol verilməsin. Hazırlanan təklifə görə, torpaq sahəsinin iki il və daha çox istifadəsiz qalması inzibati məsuliyyət doğuracaq.

“Biryolluq desin ki, torpağını ver mənə”

Bu xəbər özünü Arif kimi tanıdan Tovuz sakininin qanını qaraldıb. O, əlindəki toppaqdan yararlana bilmədiyini deyir və bu cərimələnmək təklifinin adını belə eşitmək istəmir:

“50 sot pay torpağım var. Nə sulamaq imkanım var, nə də əkib-becərmək. İndi hökumət nə demək istəyir? Biryolluq desin ki, torpağını ver mənə”.

Arif kişinin sözlərinə görə, indi məhsulun xərci borcunu ödəmir:

“Toxum alıb yetişdirmək bir problem, məhsulu satmaq da bir başqa problem”.

Prezident tapşırıq vermişdi

Kənd Təsərrüfatı Nazirliyində hazırlanan təklif prezident İlham Əliyevin tapşırığından qaynaqlanır. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 2-ci ilinin yekunlarına həsr olunan konfransda istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlbi üçün tədbirlər görülməsini istəmiş və müvafiq tapşırıqlar vermişdi.

“Məqsəd - kəndlilərin pay torpaqlarını pulsuz-parasız əllərindən almaqdır”

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov hazırlanan təklifi belə şərh edir:

“Bu ölkədə cinayət əməlləri törədən, kənd təsərrüfatına ayrılan dövlət vəsaitini məmimsəyən məmurlar, nazir kimilər məsuliyyətə cəlb edilmir. Ancaq 2 il ərzində istifadəsiz qalmasına görə torpaq sahiblərinin məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qanun hazırlanır. Bunların məqsədi kəndlilərin pay torpaqlarını pulsuz-parasız əllərindən almaqdır”.

Ekspertin sözlərinə görə, məmurlar bir yandan yararlı torpaqları icarəyə götürür, o biri yandan da pay torpaqlarını ucuz qiymətə mülkiyyətçilərdən alırlar.

“Məmurlar çalışırlar ki…”

Onun fikrincə, torpaq sahələrinin artıq 25-30 faizi məmuların mülkiyyətindədir:

“Məmurlar çalışır ki, digər yararlı torpaq sahələrini də ələ keçirsinlər. Ona görə də belə qanunların qəbul olunmasını istəyirlər”.

Ekspert məmurların yararlı torpaqları asanlıqla sahibkarların əlindən ala bilməsinə Kənd Təsərrüfatı Nazirliyinin əlverişli imkan yaratdığını düşünür.

XS
SM
MD
LG