Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 11:09

ABŞ Fətullah Gülenlə bağlı sənədləri araşdırır


Mark Toner

Mark Toner

Türkiyədəki qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülen bir daha çeviriliş cəhdini pisləyib və bu məsələdə əli olmadığını deyib.

Bu barədə cümə axşamı onun yaydığı bəyanatda bildirilir.

Gülen bildirib ki, Türkiyə hakimiyyətinin onun həbsinə order verməyə hüquqi müstəqilliyi yoxdur və bu prezident Erdoganın avtoritarizmə doğru getməsinə növbəti nümunədir.

Türkiyə hakimiyyəti hazırda ABŞ-da yaşayan Fətullah Gülenin verilməsinə çalışır və İstanbul məhkəməsi avqustun 4-də onun həbsinə rəsmi order verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Vaşinqtonda keçirdiyi brifinqdə ABŞ-ın Ankaradan Gülenlə bağlı sənədlər aldığını bildirib.

O bu sənədlərin araşdırıldığını bildirib, amma qeyd edib ki, Vaşinqton Gülenin ekstradasiyası ilə bağlı hələ ki, rəsmi sorğu almayıb.

Türkiyə parlamentinin “Milliyətçi hərəkat” partiyasından olan deputatı Kamil Aydın bildirib ki, həmkarları Gülenin verilməsinə nail olmaq üçün ABŞ-ın müxtəlif idarələri ilə danışıqlar aparıblar.

“Ədliyyə nazirliyi 85 qutu sənəd aldğını təsdiqləyib və hazırda onları araşdırır. Bunu bizə onlar deyib. Hər iki tərəf əlaqədədir” deyə o bildirib.

Mark Tonerin sözlərinə görə ABŞ-15 iyul çeviriliş cəhdinin araşdırılması ilə bağlı Türkiyəyə yardım təklif edib.

Amma o, Ankaranın bunu qəbul-edib-etməməsinə aydınlqı gətirməyib.

Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, 15 iyul çevriliş cəhdinin arxasında Fətullah Gülen durur.

Prezident Racep Tayyip Erdogan Gülene məxsus biznes qurumlarının gəlirdən məhrum ediləcəyini bildirib.

Qiyam vaxtı 250-dən çox adam ölüb, 2 minədək adam yaralanıb.

Bundan sonra ölkədə 10 minədək adam saxlanıb, 70 minədək hərbçi, hakim və digər dövlət qulluqçusu işdən kənarlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG