Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:13

Dövlət Neft Fondu “Mitsubishi UFJ Trust and Banking Corporation” ilə birgə Yaponiyanın paytaxtı Tokioda dəyəri 52,3 milyard yapon yeni (təxminən 432 milyon dollar) təşkil edən Kirarito Ginza ticarət obyektini satın alıb.

Fonddan verilən məlumata görə, bu DNF-nin Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır.

Binanın alqı-satqı prosesində satıcı qismində “Elliott Advisors Asia Limited” və “Orix Corporation” çıxış edib.

Fondun məlumatına görə, Kirarito Ginza ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir.

Tikintisi 2014-cü ildə başa çatdırılan bina son dövrlərdə Ginza rayonunda inşa edilən ən dəyərli investisiya aktivlərindəndir. 47 şirkətin icarəyə götürdüyü tikilinin ümumi sahəsi 15 min 647 kvadratmetrdir.

Buna da bax: Guardiola: "Belə şey görməmişdim"- Futbolda möcüzə

Fondun İcraçı direktoru Şahmar Mövsümov yeni investisiya ilə bağlı belə deyir:

“Biz Fondun Yaponiya daşınmaz əmlak bazarına ilk investisiya yatırımından çox məmnunuq. Daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG