Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:15

Vəkil Tofiq Yaqublu ilə bağlı qərarın icrasını gözləmir


Tofiq Yaqublu
Tofiq Yaqublu

Vəkil Nemət Kərimli xatırladır ki, Tofiq Yaqublu ilə eyni ittihamla tutulan REAL hərəkatının sədri İlqar Məmmədovun da dərhal azadlığa buraxılması barədə təkcə Avropa Məhkəməsinin deyil, Avropa Şurası Nazirlər Kabinetinin icra edilməmiş 2 qərarı var.

Vəkil Nemət Kərimli
Vəkil Nemət Kərimli

Artıq Avropa Məhkəməsi noyabrın 5-də qəbul etdiyi qərarla Tofiq Yaqublunun azadlıq hüququnun pozulmasını tanıyıb. Vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, iş artıq Şəki Apellyasiya Məhkəməsinə göndərildiyindən, bu instansiyanın Tofiq Yaqublunun barəsində verilən həbs qətimkan tədbirini dəyişmək hüququ var:

“Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl edib onun azadlığa buraxılmasını təmin etməlidir. Ancaq mən Şəki Apellyasiya Məhkəməsindən ədalətli qərar gözləmirəm”.

İlqar Məmmədov
İlqar Məmmədov

Nemət Kərimli xatırladır ki, Tofiq Yaqublu ilə eyni vaxtda və eyni ittihamla tutulan REAL hərəkatının sədri İlqar Məmmədovun dərhal azadlığa buraxılması barədə təkcə Avropa Məhkəməsinin deyil, həm də Avropa Şurası Nazirlər Kabinetinin iki qərarı var:

“Tofiq Yaqublu barədə qərar isə indi verildi. Azərbaycanda ədalət mühakiməsini yaxından tanıdığımdan hesab edirəm ki, bu qərar qüvvəyə minməyəcək, Tofiq Yaqublu azadlığa buraxılmayacaq”.

Buna da bax:İlqar Məmmədov və Tofiq Yaqublu Şəkiyə qaytarıla bilər

Vəkil vurğulayır ki, Avropa Məhkəməsi çıxardığı qərarla Avropa Konvensiyasının 5-ci maddəsinin – Tofiq Yaqublunun azadlıq hüququnun pozulduğu qənaətə gəlib. Nemət Kərimli onu da bildirir ki, Avropa Məhkəməsinin bu qərarına Azərbaycanın Ali Məhkəməsi baxacaq.

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 5-də Müsavat başqanının müavini Tofiq Yaqublunun dərhal azad edilməsi və ona 24 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə həbs olunub. 2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

O, həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunur. Müdafiə tərəfi ittihamları rədd edir və həbsin siyasi sifariş olduğunu deyir.

İnsan haqları təşkilatları da onu siyasi məhbus elan edib.

Ali Məhkəmə oktyabrın 13-də Tofiq Yaqublunun işinə yenidən baxılması üçün sənədləri Şəki Apellyasiya Məhkəməsinə göndərib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG