Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:12

Timothy-nin Braziliya bloqu-4: İngiltərə "möcüzəsi"


Nə bəxtiyardıq!!! Daniel Sturridge qol vuranda məni görərdiz!!! Bloqu səs telləri ilə yazsaydılar, indi bu sətirlri oxuya biməzdiniz.
Nə bəxtiyardıq!!! Daniel Sturridge qol vuranda məni görərdiz!!! Bloqu səs telləri ilə yazsaydılar, indi bu sətirlri oxuya biməzdiniz.
Mənə milyonlarla adam qibtə edə bilər, Dünya çempionatının finalını stadionda izləyirəm, özü də elə-belə yerdə yox ha, Brazilyada!

Amma, İngiltərə uduzanda bütün bunların təsəllisi az olur. Səfərimin növbəti gününü təqdim edərm.

Beləliklə, 4-cü bloq. Getdik!





Fransa jurnaslitləri ingilislərin "vurduqlarından çox qol buraxmaq" fenomeninin sirrini araşdırırlar.




Vallah, Brazilyaya səfər edəsən, amma futbol oynamayasan... Adamı referi Wilmar Roldan kimi fitə basarlar.




Mənim Nika mükafatım. Gördüyünüz kimi bərk-bərk yapışmışam. Deyirəm, Steven Gerard-a verilənə qədər etibarlı yerə gözləsin... Nədi? İstehza niyə edirsiz? Hələ 2 oyunumuz var, sonrası da...Axı neçə dəfə şahidi olmuşuq, çempionata zəif başkayan onu uğurla başa vurub!!!



Bəzən bilmək olmur futbolun ləzzəti hardadır: onu oynamaqda, yoxsa ulduzların oyununu kənardan seyr etməkdə. Bu suala cavabın varsa yaz. Bu şəkildə isə vəziyyət belədir, deməli kənardan elə görünə bilər ki, topun dalınca qaçıram. Əslində isə 33 dərəcə istidə kölgə axtarışındayam.


Bu da sonu! Nika-nı yenə də Brazilya əlimizdən qoparır. Necə deyərlər, bacarana can qurban.

Bloqun bu yerində şair deyib, ARDI VAR...
XS
SM
MD
LG