Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

Tillerson:"Rusiya bilməlidir ki, hərəkətlərinə görə cavab verməli olacaq"


Rex Tillerson
Rex Tillerson

ABŞ senatında Rex Tillersonun Dövlət katibliyinə namizədliyi ilə bağlı dinləmələr başlayıb.

Tillerson çıxışında Rusiya və Radikal islamçılıqla bağlı fikirlərini bölüşüb.

O bildirib ki, biz Rusiya ilə münasibətlərə baxışımız aydın olmalıdır.

Tillerson Rusiyanın təhlükə olduğunu, Ukrayna və Krıma soxulduğunu və Suriya qüvvələrini dəstəkləməklə müharibənin qanunlarını kobud şəkildə pozduğunu bildirib.

O deyib ki, NATO-dakı müttəfiqlərimiz Rusiyanın hərəkətlərindən narahat olmaqda haqlıdır.

ABŞ rəhbərliyi bu yöndə lazımınca addımlar atmayıb, zəif, qarışıq siqnallar göndərilib və müttəfiqlərimizlə bağlı öhtəlikləri yerinə yetimədiyimizdən məsələ bu həddə çatıb.

Tillerson qeyd edib ki, Amma bizə öz ambisiyalarımzla bağlı Rusiya ilə açıq dialoq lazımdır.

Tillerson hesab edir ki, Rusiya ilə məsələn, qlobal terror təhlükəsi ilə mübarizədə ümumi maraqlar əsasında əməkdaşlıq eləmək olar və bu variantları öyrənmək lazımdır.

Vacib fikir ayrılıqları olan sahələrə gəldikdə isə o deyib ki, biz ABŞ və onun müttəfiqlərinin maraqlarının qorunmasında möhkəm olmalıyıq.

“Rusiya bilməlidir ki, biz öhtəliklərimiz və müttəfiqlərimiz qarşısında cavabdehlik daşıyırıq və o, öz hərəkətlərinə görə cavab verməli olacaq”.

Tillerson həmçinin radikal islamçılığın bütün dünya dövlətlərində sabitliyə ciddi təhlükə olduğunu bildirib.

O qeyd edib ki, “İslam Dövləti” qrupu, “Əl Qaidə” və digər terrorçu qruplar hazırda güclü rəqəmsal media-platformaları vasitəsilə zəhərli ideologiyalar yayırlar ki, bu Amerika və bütün dünya xalqlarının dəyərlərinə tamamilə ziddir.

“İslam Dövləti” qrupunun Yaxın Şərqdə məğlub edilməsi qarşımızda duran əsas məsələ olmalıdır.

“İslam Dövləti” nin məhv edilməsi, ölkəmiz və müttəfiqləriməzə hücum etməyi öhtəlik sayan digər qrup və fərdlərin məhvi yönündə ilk addım olardı.

Amma Tillerson deyib ki, məğlubiyyət təkcə bir döyüş meydanında baş verməyəcək, müharibəni ideyalarla udmalıyıq.

Tillerson təsdiq olunacağı halda, Dövlət Departamentinin radikal islamçılığın bütün formalarını rədd edən dünya müsəlmanlarına dəstək göstərəcəyini bildirib.

Qeyd edək ki, Tillersonun bu vəzifəyə namizədliyini yeni ABŞ prezidenti seçilmiş Donald Trump irəli sürüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG