Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:34

-

«Noyabrdan yığılıb qalmış maaşımızı ala bilmirik. Elə deyirlər, «get, sabah gəl»».

«NƏYLƏ ALIM?»

Əhməd İsayevin deməsinə görə, «Gilan İnşaat» MMC-də fəhlə kimi çalışıb, ancaq noyabr ayından üst-üstə yığılmış maaşını ala bilmir. Onun sözlərinə görə, bir neçə dəfə şirkətin baş ofisinin qarşısına da toplaşıblar. Ancaq səslərinə səs verən olmayıb:

«Evimdə xəstəm var, hər gün evə dərman, çörək aparıram. Nəylə alım?»

Əhməd İsayev deyir, ailəyə ondan başqa qazanc gətirən yoxdur. Aylarla maaşını ala bilməməsi vəziyyətini daha da çətinləşdirib:

«3 aydır get-gələ salıblar. Bilmirik sözümüzü kimə deyək. Uşağa necə başa salaq ki, pul yoxdur? Təmir-tikinti işlərində işləmişəm, pulumu versinlər».

«MƏHKƏMƏ QAPIMI DÖYMƏSİN»

Nüsrət Zeynalov da eyni şirkətin tikinti yerlərində çalışdığını və maaşını ala bilmədiyini deyir:

«Kreditlərim başımdan aşır. Yığılıb qalmış maaşımı versinlər, məhkəmə qapımı döyməsin».

Fəhlələr deyir, maaşı ödənilməyən daha onlarla fəhlə var.

«Gilan İnşaat» MMC-nin hüquqşünası Anar Ağayev isə AzadlıqRadiosuna bildirib ki, şirkət fəhlələrin pulunu çoxdan ödəyib:

«Düzdür, noyabr-dekabr ayları üçün iş dayandığına görə gecikmələr olmuşdu. Ancaq yanvarda fəhlələrə həmin ayların maaşları tam ödənildi».

«ARAŞDIRMAYA EHTİYAC VAR»

Hüquqşünasın sözlərinə görə, ola bilsin, həmin fəhlələr hansısa subpodratçı şirkətdə çalışırlar:

«Ola bilsin, qarışıq salırlar. Onlar hansısa subpodratçı şirkətdə işləyiblərsə, maaşlarını da həmin şirkətdən almalıdırlar. Həmin fəhlələr yaxınlaşsınlar bizə, araşdıraq. Ola bilsin ki, kimsə maaş veriləndə gəlib çıxmayıb, yenə də araşdırmağımıza ehtiyac var».

İndi fəhlələrə şirkətin baş ofisinə yaxınlaşıb araşdırma aparmaq qalır.

Bundan əvvəl bir qrup fəhlə maaş tələbi ilə «Akkord»un qarşısına toplaşmışdı. Məlum olmuşdu ki, onlar bu şirkətlə eyni tikintilərdə çalışan podratçı şirkətlərdən birinin tərkibində fəhləlik ediblər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG