Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:21

►Baş nazirin müavini Əli Əhmədov gələn il icbari tibbi sığortanın tətbiqinə başlanacağını söyləyib

Azərbaycanda icrasız qalan qanunlardan biri də tibbi sığortaya aiddir.

Qanun 1999-cu il oktyabrın 28-də imzalansa da, əhalinin aşağı gəlir və yaşayış səviyyəsi, səhiyyə sisteminin durumu və başqa amillər nəzərə alındığından, onun icrası 16 ildir təxirə salınır və bu ertələnmənin sonu görünmür.

Agentlik barədə sərəncam 2007-də verilsə də...

Diqqət çəkən bir məqam da icbari tibbi sığorta sistemini yaradacaq və ona nəzarət edəcək agentliyin də gec yaradılmasıdır.

Agentliyin yaradılması barədə sərəncam 2007-ci il dekabrın 27-də imzalansa da, qurumun formalaşdırılması ötən ildən başlanıb.

Sərəncama görə, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Azərbaycan Respublikasının səhiyyə sisteminin idarə olunmasını təkmilləşdirmək, əhaliyə tibbi yardım göstərilməsi mexanizmini müasir tələblərə uyğunlaşdırmaqla, səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmaq, icbari tibbi sığorta sisteminin tətbiqinə başlamaq məqsədilə” yaradılır.

Baş nazirin müavini Əli Əhmədovun agentliyi ziyarətində məsələ yenə gündəmə gəlib. O, gələn ildən başlayaraq, icbari sığortanın Azərbaycanda mərhələ-mərhələ tətbiq olunacağını və indidən hazırlıq işlərinin görüləcəyini bildirib.

Azərbaycan reallığında icbari tibbi sığortanın 3 əsas üstünlüyü dilə gətirilir: rüşvətsiz, keyfiyyətli və rəqabətli səhiyyə. Bəs Azərbaycanda bu sistemin işə düşməsinə nələr əngəl törədir?

___________________________________________________________

Bunlara da bax:
Məhkəmə: «Mənə zorla vəhhabi namazı qıldırmaq istəyirdi»
Ankara məhkəməsi 275 nəfərə qarşı ittihamları qaldırdı

___________________________________________________________

“Hökumət həmin çətinlikləri həll edə bilmədi”

Azər Mehtiyev

Azər Mehtiyev

İqtisadiyyat eksperti Azər Mehtiyev tibbi sığortanın tətbiqi ilə bağlı monitorinq aparıb və bu fikrə gəlib:

“Tibbi sığortaya keçilməsinin indiyədək ləngiməsi, bir tərəfdən, bu islahatın çətinlikləri - tibbi sığorta dərəcəsinin müəyyənləşdirilməsi, şirkətlərin tibbi sığortada iştirakının onlara əlavə sosial ödəniş gətirməsi, şirkətlərlə əhali arasında tibbi sığorta dərəcəsinin bölünməsi, qeydiyyatsız çalışanların və işsizlərin tibbi sığortaya cəlb edilməsi, tibbi sığortanın ödənilməsi modelinin seçilməməsi ilə bağlıdır. Hökumət bu çətinlikləri həll edə bilməyib. O biri yandan, Tibbi Sığorta Agentliyinin tabeçilik məsələsi ilə bağlı fikir ayrılıqları və islahatlara mane olan maraq qruplarının mövcudluğu prosesi ləngidib. Tibbi sığorta islahatı mürəkkəb bir prosesdir, bunun rəvan gedəcəyini gözləmək olmaz”.

“İslahatın mürəkkəbliyi qətiyyətli addım atılmasını tələb edir”

A.Mehtiyev deyir ki, indi bu yöndə islahatlara daha sistemli hazırlıq diqqət çəkir:

“Artıq Tibbi Sığorta Agentlyi real olaraq fəaliyyətə başlayıb, islahatın çərçivəsi işlənilməkdədir. Gözlənilən budur ki, gələn ildən islahata pilot qaydada start veriləcək. Əslində, islahatın mürəkkəbliyi həm yuxarıda sadalanan problemlərin həlli istiqamətində qərarların qəbul edilməsini, həm də qəbul edilən qərarların icrası istiqamətində qətiyyətli addım atılmasını tələb edir”.

Onun qənaətinə görə, bunlarla yanaşı islahatlara cəmiyyətin hazırlanması istiqamətində geniş təbliğat-maarifləndirmə işlərinin aparılması vacibdir.

“Agentlik fəaliyyətə başlasa da...”

Ekspert Nicat Hacızadə agentlik fəaliyyətə başlasa da, ciddi irəliləyişin gözə dəymədiyini vurğulayır:

“2016-cı ildə pilot layihə proqnozu verilsə də, hər hansı ciddi irəliləyişə şahid olmuruq. Ölkədə əhalinin aztəminatlı hissəsinin keyfiyyətli tibbi xidmət alması üçün icbari tibbi sığortaya ciddi ehtiyacı var. Əhalinin əlil və aztəminatlı hissəsinə ayrılan müavinətlər aylıq müalicəyə yetərli deyil”.

N.Hacızadənin fikrincə, icbari tibbi sığorta sistemi Azərbaycana və Azərbaycan büdcəsinə uyğun olmalıdır:

“Çünki səhiyyə xərclərinin ÜDM-dəki payı 19 faizi aşan Almaniya və ya Böyük Britaniya təcrübələri ölkəmizin büdcəsinə tam uyğun deyil. Üstəlik, büdcə siyasətində səhiyyə xərclərinin artırılmasına ciddi ehtiyac var. Təbii ki, ciddi şəkildə nəzarət şərti ilə”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ÜDM-in 0,14 fazizi qədər olub.

Buna da bax: Sakin: "Evimizi xəbərdarlıqsız sökürlər"

Dolların üzərində maraqlı yenilik

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG