Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:04

►Baş psixiatr rektor oldu

Tibb Universitetinə yeni rektor təyin olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ölkənin baş psixiatrı Gəray Gəraybəyli universitetin yeni rəhbəri olacaq.

Report-un xəbərinə görə, aprelin 11-də səhiyyə naziri Oqtay Şirəliyev yeni rektoru kollektivə təqdim edib.

Gəray Gəraybəyli 1967-ci ildə Bakıda doğulub. O, 2007-ci ilin dekabr ayından indiyə kimi Universitetin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışıb.

Yeni rektor həm də Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru olub.

Buna qədər Tibb Universitetinin rektoru Əhliman Əmraslanov idi.

Ötən il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər nəticəsində 4 rektor yenidən deputat mandatı qazanmışdı. Ardınca isə Prezident İlham Əliyevin noyabrın 24-də verdiyi sərəncamına əsasən, həmin şəxslər - Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev tutduqları vəzifədən azad edilmişdilər.

Buna da bax: Həkimin maaşı artsa, nə dəyişər?

___________________________________________________________

Bunlara da bax:
"Boko Haram" qızları buraxmağa 50 milyon istəyir
Gül bayramının formatı dəyişib

___________________________________________________________

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG