Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:06

Thomas De Waal «Qarabağın təhlükəli günləri»ndən yazır


Thomas de Waal

Thomas de Waal

-

«Dağlıq Qarabağda 21 illik atəşkəs çox etibarsız görünürdü. Döyüşlərin bərpası bütün regiondan ötrü təhlükəli sayılırdı. Çoxları illər boyu bu gündən qorxurdu və o, nəhayət ki, gəlib çatdı. Dağlıq Qarabağda atəşkəs xəttində döyüşlər başlayıb və onlarla əsgər öldürülüb».

Bunu Vaşinqtondakı Karneqi Fondunun təhlilçisi, «Qara bağ» kitabının müəllifi Thomas De Waal «Qarabağın təhlükəli günləri» adlı məqaləsində yazır.

Müəllifin fikrincə, Dağlıq Qarabağ münaqişəsi «dondurulmuş» sayıla bilməzdi. Sadəcə, Azərbaycan və Ermənistan liderləri mübahisəli əraziyə görə müharibəyə getməyi maraqlarına uyğun saymırdılar. Amma son vaxtlar durum xeyli təhlükəli hala gəlmişdi. Azərbaycan neft milyardlarını yeni silahların alınmasına sərf edir, Ermənistan da müdafiəsini gücləndirirdi.

RUSİYA AMİLİ?

«Hamı bilir ki, yeni Qarabağ müharibəsi təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionundan ötrü təhlükəli olar. İlkin əlamətlər bunun 1994-cü ilin mayından bəri atəşkəsin ən ağır pozuntusu olduğunu göstərir. Hər iki tərəfdən itkilər var…», - yazan müəllif zorakılığın xeyli ciddi məcraya yönəldiyini vurğulayır.

Thomas De Waal-ın fikrincə, Qarabağda böyük atəşkəs pozuntuları təsadüfən deyil, siyasi səbəbdən baş verir: «Yerlərdəki komandirlər Bakı və Yerevanda oturan prezidentlərə güclü şaquli zəncirlə bağlıdır. Azərbaycanın atəşkəsi pozmağa daha çox səbəbi var. Ərazisinin 13.6 faizini əldən verib. Bakı bilir ki, atəşkəsi pozmaq ermənilərə təzyiq vasitəsidir, onlara xatırladır ki, status-kvo silkələnə bilər. Ancaq döyüş başlanan kimi onu kimin başlaması anlamını itirir, Ermənistan da hərbi əməliyyatlara başlayır».

Müəllif bu əməliyyatların niyə məhz hər iki prezidentin Vaşinqtonda səfərdə olduğu bir dönəmdə baş verməsinə diqqət çəkir:

«Ancaq istənilən yozum tapmaca kimi səslənir. Bir fikir odur ki, Moskva atışmaya təhrik etməklə ABŞ-ın sülhməramlı imicini kölgələməyə çalışıb. Bu ssenariyə uyğun olaraq, Rusiya prezidenti Vladimir Putin həmin rolu üzərinə götürə, rus sülhməramlılarının salındığı sülh planı tələb edə bilər».

ƏMMA

Ancaq Thomas De Waal düşünür ki, bu arqumentin bir əmması var. Rusiya Qarabağ münaqişəsində nə dərəcədə vacib oyunçu olsa da, yerdəki vəziyyəti idarə etmir. Ermənistan və Azərbaycan orduları müstəqildir və ancaq öz prezidentlərinə hesab verirlər. Rusiyanın hadisələrə düzən vermək bacarığı, əslində, göründüyündən azdır:

«Ən ağlabatanı odur ki, münaqişə tərəflərindən biri – çox güman ki, Azərbaycan döyüşlərin bərpasında çox maraqlıdır, məhdud hərbi kampaniya ilə durumu öz xeyrinə dəyişməyə çalışır».

«Ancaq bunun da təhlükəli tərəfi odur ki, münaqişə zonasında hərbi əməliyyatlar başlandısa, asanlıqla eskalasiyaya gedə, nəzarətdən çıxa bilər. Kompromisə getmək zəiflik əlaməti kimi görününcə, proqnozlaşdırılmayan münaqişə sərt siyasi kişi şovinizmi ilə birləşir. Prussiya generalı Helmuth von Moltke deyirdi ki, «Heç bir plan düşmənlə görüşdən sağ çıxmır»», - məqalədə bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG