Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:14

Daxili işlər naziri Theresa May məşhur "Dəmir ledi" - Margaret Thatcher-dən sonra baş nazir vəzifəsinə gələn ikinci qadındır.

Çərşənbə günündən Birləşmiş Krallıqda yeni baş nazir öz vəzifəsinin icrasına başlayır.

Daxili işlər naziri Theresa May məşhur "Dəmir ledi" - Margaret Thatcher-dən sonra baş nazir vəzifəsinə gələn ikinci qadındır.

O Avropa İttifaqı referendumunda "qalmaq" tərəfdarlarının düşərgəsində olub.
Bundan əvvəl Mühafizəkarlar Partiyasının rəhbərliyi xanım May-i partiyanın lideri seçib.

Theresa May seçildikdən dərhal sonra verdiyi bəyanatda deyib ki, o, "daha yaxşı Britaniya" qurulması və Avropa İttifaqından ayrılmanın "uğura" çevrilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Keçmiş hökumət başçısı David Cameron-a Dauninq küçəsi 10 ünvanındakı mənzilindən şəxsi əşyalarını çıxarmaq üçün nə qədər vaxt verildiyi məlum deyil, odur ki, yeni baş nazir hələlik başqa hökumət binasında oturacaq.

Cənab Cameron deyib ki, hakimiyyət dəyişikliyinin uzanmasına tərəfdar deyil.

Baş nazir bildirib ki, çərşənbə günü səhər parlamentdə ənənəvi sual-cavab sessiyasında son dəfə iştirak edəcək və bundan sonra öz istefasını kraliçaya təqdim etmək üçün Bukingem sarayına gedəcək.

Xanım May sarayda Cameron-dan sonra olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG