Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:36

Qətər-in hava yollarından verilən məlumata görə, avqustun 18-də saat 13:41-də İstanbul-Doha reysi ilə uçan təyyarə havaya qalxan zaman sol mühərrikinə quş girib. İçində 298 sərnişinin olduğu Airbus 330 hava gəmisinun mühərrikindən alov çıxıb.

FransPress agentliyi xəbər verir ki, pilot dərhal Atatürk Havalimanının Nəzarət Mərkəzinə xəbər verib və geri dönəcəyini bildirib. İstanbul sakinləri də təyyarə mühərrikində partlayış səsləri duyduqlarından dərhal polisə xəbər veriblər.

Təyyarədə olan 298 sərnişin və 14 nəfərdən ibarət ekipaj sağ-salamat yerə enib. Onların özlərini normal hiss etdikləri bildirilib.

*** Bunlara da baxın:

“Anadolu” xəbər agentliyi bildirir ki, təyyarədə alov çıxması sərnişinləri həyacanlandırıb və bir nəfər huşunu itirib. Bəzi sərnişinlərə təcili tibbi yardım göstərilib.

İstanbulda havalimanı ana quş köçü xətti üzərindədir. Ona görə də köçəri quşların hərəkəti zamanlarında təyyarələrin uçuş marşrutları boyunca xüsusi vasitələrlə nəzarət edilir. Hava limanı ətrafında quş dəstələri olub-olmaması barədə pilotlara mütəmadi məlumat verilir.

“Anadolu” agentliyi yazır ki, Atatürk hava limanında təyyarələrin qalxma-enməsi zamanı təhükəyə səbəb olmamaları üçün quşlar yüksək səslə qorxudulub ərazidən uzaqlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG