Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Türk təyyarəsinin düşdüyü yerdə ölənlərin sayı 37-yə çatdı- [Video]


Türk təyyarəsi qəzaya uğradı
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Türk təyyarəsi qəzaya uğradı

Bu səhər – yanvarın 16-da Türkiyəyə gedən bir yük təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qırğızıstan paytaxtı yaxınlığında kəndə düşüb, evləri dağıdıb, əhali arasında xeyli itki var.

BBC səhər saatlarında ölənlərin sayının 30-u keçdiyini, həlak olanlar arasında uşaqların da olduğunu yazıb. Qırğızıstanın səhiyyə naziri Talantbek Batyraliyev yerli agentliklərdən «AKIpress»ə müsahibəsində azı 35 nəfərin öldüyünü, onlarla yaralının hadisə yerindən yaxınlıqdakı xəstəxanalara daşındığını deyib.

PİLOTUN MEYİTİ TAPILIB

Təyyarədə isə rəsmilər sərnişin olmadığını söyləyirlər, heyət üzvləri 5 nəfərmiş. Onlardan yalnız birinin xilas olduğu deyilir. Türkiyənin NTV kanalı təyyarədə ölənlərdən 2-sinin pilot, ikisinin isə yükləmə şirkətinin işçisi olduğunu xəbər verir. Bir pilotun meyiti tapılıb.

Qırğızıstan rəsmilərinin verdiyi məlumata görə, hadisə yerli vaxtla səhər saat 7:30-da baş verib. Honkonqdan İstanbula gedən «Boeing 747» paytaxta – «Manas» beynəlxalq hava limanına yanacaq doldurmağa enməli imiş, amma şəhərin 27 kilometrliyində yerə – Daxa-su kəndinə dəyib.

«Manas» aeroportunun əməkdaşları «Reuters» xəbər agentliyinə müsahibə verərkən təyyarənin 7:30-da limana enməyə hazırlaşdığını, həmin vaxt havanın görməni çətinləşdirdiyini deyiblər.

Hadisənin səbəbi, hələ ki, bəlli deyil.

AZI 15 EV YANIB

Mətbuat Qırğızıstan rəsmilərinə istinad edərək, təyyarənin «Türk Hava Yolları»na məxsus olduğunu yazır. Amma «Türk Hava Yolları» Twitter səhifəsində təyyarənin onlara deyil, yük daşıyan başqa bir türk şirkətinə – «ACT Airlines»a məxsus olduğunu yazıb, ölənlərin ailələrinə başsağlığı verib.

Sosial mediada paylaşılan şəkillər kənddə dağılmış evlərin yanğını, kəndin üstünü tüstü dumanının bürüdüyünü göstərir. BBC azı 15 evin yandığını yazır.

«Reuters» agentliyi Qırğızıstanın baş nazirinin, fövqəladə hallar, eləcə də nəqliyyat nazirlərinin hadisə yerində olduğunu, yanğınsöndürənlərin, polis və tibbi heyətin yardıma çalışdığını xəbər verir.

Qırğızıstanın əsas hava limanı olan «Manas» aeroportu bağlanıb.

Buna da bax: 2013-cü ildə Əfqanıstanda yük təyyarəsi belə qəzaya uğradı (7 nəfər həyatını itirdi)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG