Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Bakıda intensiv yağışlar səbəbindən köməksiz vəziyyətdə qalan 77 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin (FIN) Bakıda yağışların törətdiyi fəsadlarla bağlı oktyabrın 18-də yaydığı məlumatda belə deyilir.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, son günlər yağan intensiv yağışlar nəticəsində Bakıda bəzi ərazilərdə fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub. Nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Buna da bax: Bakını su basdı [video]

FHN fəsadların aradan qaldırılması məqsədi ilə baş verənlərə müdaxilə etdiyini bildirir. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikasının paytaxtın rayonlarına cəlb olunduğu bildirilir.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə su çəkmə işlərinin davam etdirildiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG