Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Terrorçuluqla mübarizədə Milli Fəaliyyət Planı təsdiqləndi


İlham Əliyev sənəd imzalayarkən

İlham Əliyev sənəd imzalayarkən

Prezident noyabrın 18-də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda ölkədə bir sıra nazirlik və dövlət qurumlarına tapşırılıb ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə illik hesabatlarını hər il dekabrın 15-dək təqdim etsinlər. Hesabatlar Nazirlər kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya elektron qaydada verilməlidir.

Buna da bax: Dövlət Departamenti: «Azərbaycan güclü antiterror əməkdaşlığı edir»

Bu iki qurumda Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etməli və bu barədə prezidentə məlumat verməlidirlər.

Mərkəzi Bank, Auditorlar Palatası, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Baş Prokurorluq və Vəkillər Kollegiyası Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG