Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:02

Terroru Mehmet Öztürk adlı şəxs törədib


Türkiyədə terror, 19 mart 2016-cı il

Türkiyədə terror, 19 mart 2016-cı il

-

Martın 19-da İstanbuldakı terroru Mehmet Öztürk adlı şəxs törədib.

Bu haqda matın 20-də Türkiyənin daxili işlər naziri Efkan Ala məlumat verib.

Nazir deyib ki, 24 yaşlı terrorçu Türkiyənin Qazientep şəhərində doğulub. Onun İŞİD-lə bağlı olması haqda məlumatlar var.Terrorla bağlı 5 nəfər şübhəli də saxlanıb.

Terrorda həlak olan 3 İsrail vətəndaşının cənazəsi martın 20-də İsrailə göndərilib. Onlardan ikisi həm də ABŞ vətəndaşıdır.

Terror hadisəsi martın 19-da İstanbulun mərkəzində - turistlərin sıx olduğu İstiqlal prospektində törədilmişdi. Terrorçu da daxil olmaqla 5 nəfər ölmüş, 37 nəfər yaralanmışdı. Ölənlərdən üçü İsrail, biri İran vətəndaşıdır. Yaralıların da çoxu əcnəbilərdir.

Bu terror hadisəsindən altı gün əvəvl isə Türkiyənin paytaxtı Ankarada baş vermiş terror nəticəsində 37 nəfər ölmüşdü. Partlayışı törətdiyini TAK (Kürdüstan Azadlıq Şahinləri) adlı təşkilat üstünə götürmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG