Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:03

Böyük Britaniyanın antiterror idarəsi Paris basqınlarının ardınca öz məsləhətlərini dərc edib.

“Özünüzü ölülüyə vurmayın, var gücünüzlə qaçın!” Böyük Britaniyanın antiterror idarəsinin vətəndaşlara tövsiyələrində belə deyilir.

Rəsmi qaydalarda deyilir ki, Paris terror aktlarına bənzər basqınlar zamanı ya qaçıb qurtarmaq, ya da mümkün qədər etibarlı, daş və ya beton divarların arxasında gizlənmək lazımdır.

Bitrləşmiş Krallıq Milli Antiterror Təhlükəsizlik İdarəsi – Nacsto-nun dərc etdiyi rəsmi tövsiyələrdə “silahlı basqınlar zamanı sürətlə inkişaf edən hadisələrdə” hansı hərəkətlərin edilməsinin zəruriliyi açıqlanır.

Nacsto-nun tövsiyələrində biznes və şirkətlərin belə vəziyyətlərə hazırlığı üçün lazım olan tədbirlərdən söz açılır.

Özünü ölülüyə vurmaq

Britaniya mətbuatı yazır ki, tövsiyələrdə Parisin Bataclan teatrında baş vermis dramatik hadisələrin təcrübəsi nəzərə alınıb.

Özünüzü ölülüyə vurmayın, var gücünüzlə qaçın! Böyük Britaniyanın antiterror idarəsinin vətəndaşlara tövsiyələrində belə deyilir

Bataclan cəhənnəmindən sağ çıxmış bəzi şahidlər yerə uzandıqlarını və hərəkətsiz qaldıqlarını danışıblar. Bu basqın zamanı 89 nəfər həlak olmuşdu. Bəzi məlumatlara görə terrorçular gülləbarandan sonra yerə yıxılmış insanların üstündən yeriyərək yaralıları öldürürmüşlər.

Məhz buna görə də Nactso-nun qaydalarında deyilir ki, belə vəziyyətlərdə qaçıb qurtarmaq, başqalarını da buna sövq etmək və şəxsi əşyaların düşüb qalmasına məhəl qoymamaq lazımdır.

Hücum zamanı çıxış yollarının bağlı olduğu təqdirdə “qalın və etibarlı divarların” arxasında gizlənmək tövsiyə edilir.

Sənəddə deyilir ki, gizlənmək üçün etibarlı yer tapdıqdan sonra “sakit qalmaq, mobil telefonu isə səssiz rejimə keçirmək vacibdir”.

Qaç, gizlən, xəbər ver

Polisə və başqa təcili xidmətlərə, gizləndiriyiniz yerdə tam “barrikada” olunduğunuz halda zəng etmək olar.

Tövsiyələrdə şirkətlərə öz işçilərini fövqəladə vəziyyətlər üçün müntəzəm təlimləndirmək məsləhət görülür.

Gözlənilmədən atışmaya düşmüş şəxslərə qısa tövsiyə verilir: “qaç, gizlən, xəbər ver”.

Bu günlər Britaniya qəzetləri rəsmi hökumət tövsiyələrindən başqa psixoloq və fövqəladə hallar ekspertlərinin məsləhətlərini də dərc edirlər.

Onlardan bəzilərində deyilir ki, restoran və barlar kimi gur yerlərə gələndə bütün çıxış qapılarını əvvəlcədən gözəaltı etmək faydalıdır.

Hollivuda çox da inanmayın

Ekspertlər deyirlər ki, Hollivud filmlərindəki həyəcanlı kadrlara baxmayaraq, maşınların arxasında gizlənmək o qədər də yaxşı fikir deyil, lakin gizlənməyə başqa yer yoxdursa, avtomobillər də kara gələ bilər.

Hollivud filmlərindəki həyəcanlı kadrlara baxmayaraq, maşınların arxasında gizlənmək o qədər də yaxşı fikir deyil

Bəzi ekspertlər bildirirlər ki, hadisə yerindən mümkün qədər tez uzaqlaşmağa çalışarkən izdihama qarışmaq, ictimai nəqliyyata can atmaq cəhdi təhlükəli ola bilər. Çünki bəzi hallarda terrorçular ikinci basqını hazır saxlayırlar.

Maraqlıdır ki, bəzi ekspertlər rəsmi tövsiyələri heç də tam etibarlı hesab etmirlər.

Bəziləri deyirlər ki, müəyyən hallarda yerə yıxılıb özünü ölülüyə vurmaq fayda verir.

Elələri də var ki, terrorçulara müqavimət göstərib-göstərməmək məsələsində ortaq məxrəcə gələ bilmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG