Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:42

►ABŞ-da gey-klubda törədilən qətliamı pislədilər

“Nəfəs” LGBT Azərbaycan Alyansı iyunun 13-də ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.

Aksiyanın məqsədi ABŞ-ın Florida ştatının Orlando şəhərində terror aktı nəticəsində həlak olanlara başsağlığı vermək və terrora qarşı mübarizəyə həmrəylik göstərmək olub.

Bu haqda Turan-a alyansından bildiriblər.

Aksiya iştirakçıları "Homophobiyaya son!", "Homofobiya öldürür!" şüarları qaldırıblar.

Alyansın məlumatında vurğulanır ki, onlar Amerika xalqının bu faciəni aradan qaldıracağına və demokratiya uğrunda mübarizəni davam etdirəcəyinə ümid edirlər.

İyunun 12-də Orlandadakı gey-kluba silahlı hücum nəticəsində 50 nəfər ölüb. 50-dən artıq şəxs isə yaralanıb.

“Nəfəs LGBT” Azərbaycan Alyansı ölkədə homoseksual insanların hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə yaradılıb. Təşkilat həmçinin, homoseksual insanlara psixoloji və tibbi dəstək olmağı, onlara qarşı homofobiyanın aradan qaldırılmağı qarşısına məqsəd qoyub.

50 nəfəri öldürən Ömər Mətinin psixoloji problemi var imiş

Günün bütün mövzuları

XS
SM
MD
LG