Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Təmassız termometr ixtira edilib


Fransa şirkətlərindən biri təmassız elektron termometri bazara çıxarıb

Fransa şirkətlərindən biri təmassız elektron termometri bazara çıxarıb

►Bu termometri alnında gəzdirməklə qızdırman olub-olmadığını biləcəksən

Fransa şirkətlərindən biri təmassız elektron termometri bazara çıxarıb.

Bu qurğuyla temperaturu ölçmək üçün alın boyunca gəzdirməlisən.

Qurğuya 4 mindən çox ölçmə aparan 16 infraqırmızı ötürücü quraşdırılıb. Ən yuxarı istilik gicgah arteriyasını “skanlamaqla” müəyyənləşdirilir.

Elektron termometr mobil proqramla əlaqələndirilib. Yaş, simptom və temperaturun dəyişməsinə görə, saöalmaq istəyənə məsləhətlər verilir.

Ölçmə dəqiqliyi baxımından, bu termometri rektal və qulaq termometrləri ilə müqayisə etmək olar.

Buna da bax: Virtual reallıq autizmli uşaqları işə yönəldir

İstehsalçıların iddiasına görə, bu qurğu daha gigiyenikdir və zədələnmə qorxusu yaratmır. Onunla həm oyaq, həm də yatan adamın qızdırmasını rahatca ölçmək olar.

Termometr xəstənin hərarətinin ölçülmə tarixçəsini də izləməyə imkan verir.

Elm və texnologiya yeniliklərini saytımızın ayrıca bölümündə izlə

XS
SM
MD
LG