Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:22

Psixoloq: "Kompüter oyunlarını daha çox böyüklər oynayır"


►"12 saat maksimumdur"

AzadlıqRadiosunun rus xidməti kompüter oyunlarına aludəçiliyinin səbəblərini araşdırıb.

Radionun “Futuroşok” verilişinin müəllifi Sergey Medvedev deyir ki, artıq böyüklər də işdə, ailə arasında saatlarla, bəzən günlərlə online oyunlar oynayırlar: İndi də Pokemon Go oyunu çıxıb, adamlar kütləvi şəkildə Pokemon tutmağa çalışırlar. Bu nədir, oyunmaniyadırmı, narkotik vasitə kimi asılılıqdırmı?

Verilişin qonağı Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin aparıcı əməkdaşı Aleksandr Voyskunski deyir ki, “İstənilən fəaliyyətə aludəçilik mənfi vərdişlər yarada bilər. Kimsə akvarium balığı toplaya bilər və bu, onda bir asılılıq yarada bilər. Hərçənd biz, belə adamları asılı adlandırmırıq”.

Psixoloq deyir ki, komputer oyunçuları arasında da aludəçilər var: “Ancaq bir çoxu üçün bu, xoş vaxt keçirmək, bir-birilə nəyisə bölüşmək, onlara maraqlı olan başqa bir şeyin bir hissəsi olmaq, qaynayıb-qarışma hissidir…”

Buna da bax: 'Pokemon'un autizm, Asperger sindromundan əziyyət çəkən uşaqlara faydası varmış

“Peşəkar iş”

Oyun sadəcə əyləncədir, ya bunun bir ictimai faydası, hansısa dəyəri var?

Aleksandr Voyskunski düşünür ki, uşaqların inkişafı üçün oyun vacib mərhələdir, amma bir qrup adam üçün artıq peşəkar işə çevrilr:

“İkinci həyat” adlı oyun var, bu, dizayner bacarıqlarını oyadır və onları sata bilərsən. Bir sözlə, oyunlarda iqtisadiyyat var”.

Rusiyada adamlar Pokemon oyununun kilsədə, müqəddəs yerlərdə oynanmasına qarşı çıxırlar, amma Avropada, əksinə, din xadimləri gəncləri kilsələrə gətirməkdə maraqlıdırlar.

Psixoloq hesab edir ki, komputer oyunlarının müəyyən faydası var: ekrandakı bir-birindən cüzi fərqlənən rənglər diqqəti inkişaf etdirir, əl və göz eyni vaxtda hərəkət edir: gördün-oldür. Ancaq onu da vurğulayır ki, oyunçularda heç də hər zaman impulsiv reaksiya vərdişləri yaratmır.

Aleksandr Voyskunskinin sözlərinə görə, bir çox oyunlar oyunçularda bəzi vərdişlər yaradır ki, onlar sonradan bunu həyatdakı işlərinə tətbiq edə bilərlər.

O, oyun alüdəçiliyinin bəzi mənfi tərəflərini də qabardır, deyir ki, oyuna aludə olan valideynlərin yeni doğulmuş uşağı yedizdirməyi unutması, oyuna görə qətl törədilməsi kimi hallar baş verib.

Buna da bax: Yaponiya Olimpiya Oyunlarına Pokemon-la hazırlaşır

İnternet sosiallığı

Aleksandr Voyskunski deyir ki, oyunçular asosiallaşa və onlara hörmət edilən, nüfuz sahibi olduğu yerlərdə qalmağa üstünlük verə bilərlər. Ancaq onu da deyir ki, yeni internet sosiallığı yaranır və ailədə, real sosial çevrəsində hörmət görə bilməyənlər onlayn məkanda onlara xoş olan başqa münasibətlə üzləşə bilərlər.

Psixoloq hesab edir ki, tədris sistemi də yeni dünyayla ayaqlaşmalı və tədrisi oyuna çevirməlidir.

“Uşaqlarla maraqlanın”

“Valideynlər nahatdırlar ki, uşaqlar saatlarla planşetdə oynayırlar, dərslərindən geri qalırlar. Necə hərəkət eləmək lazımdır” sualına onun cavabı belədir:

“Mən hər zaman demişəm ki, elektron imkanların çoxluğu şərtləri altında uşaq tərbiyə etmək daha çətindir, daha çox vaxt tələb edir, nəinki əvvəllər. Nə edirlər, hara gedirlər, hər zaman göz-qulaq olmalısan. Bütün dünya uşağın pornoqrafiya görməsindən çox qorxur. Elə saytlar var ki, uşaq intiharını təbliğ edir. Uşağın nə elədiyi ilə maraqlanmaq lazımdır. Soruşmaq olar ki, kiminlə yazışırsan, nə edirsən? Demək olar ki, mən də oynamaq istəyirəm. İndi bir evdə bir neçə kompüter var, uşağın oynadığı oyuna qoşulmaq olar. Bundan başqa, uşağın beyninə yeritmək lazımdır ki, qəribə bir şey görsə, ya baş versə, ailəsi ilə məsləhətləşsin”.

“12 saat maksimumdur”

Psixoloq deyir ki, bütün yaş qruplarında oyun aludəçiləri var, amma statistika daha çox böyüklərin arasında bu aludəçiliyin olmasını göstərir. Onun sözlərinə görə, onlayn oyun oynamaq üçün həftədə 12 saat maksimum hədd götürülüb, bundan yuxarı intensivlik sayılır.

“12 saat – nə idmanla məşğul olursan, nə kitab oxuyursan, nə ailənlə məşğulsan, ancaq oyun oynayırsan. Bu, cəmiyyət üçün itirilmiş vaxt sayıla bilərmi” sualını psixoloq belə cavablandırıb:

“Bəzən hə, nəzərə alsaq ki, həmin şəxsin böyük sosail çevrəsi var, bu, vaxt itkisi sayıla bilər. Ancaq oyunların çoxu çox iştirakçıya hədəflənib və burda ünsiyyət dairəsi tapa bilərsən. Ola bilər ki, hər gün nəyisə öldürmürsən, amma oyunçular arasında özünə həmsöhbət tapırsan. Adətən, oyunlarda çat, qrup skype-ları var və burda ünsiyyətə girmək olur. Söhbətə oyunun özəlliklərindən başlasalar da, sonradan ortaq başqa bir mövzu tapılır, xəbərləri müzakirə edirsən. Məsələn, son vaxtlar zəlzələ qurbanlarına yardım üçün pul vəsaiti toplanır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG