Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:22

Bir dildə danış, başqa dildə səslənsin


Qurğu 2017-ci ilin yazınadək satışa çıxarılacaq

Qurğu 2017-ci ilin yazınadək satışa çıxarılacaq

-

«The Daily Mail» qəzetinin yazdığına görə, müxtəlif xalqları təmsil edən insanların dil bilmədən bir-birini anlamasına imkan verən qurğu hazırlanıb.

Bu qurğu gerçək zaman içində danışığı lazımi dilə tərcümə edəcək.

«Waverly Labs» şirkəti mühəndislərinin hazırladıqları cihaz «Ulduz yolu» filmindəki universal tərcüməçiyə bənzədilir.

«Pilot» adlandırılan sistem fərqli dildə danışan iki insan üçün düşünülmüş iki qulaqlıq və mobil proqramdan ibarətdir. Tərəflərdən birinin danışığı qısa zamanda proqramla tərcümə olunub digərinin qulaqlığında səslənir.

Qurğu əvvəlcə ispan, fransız, və italyan dillərini dəstəkləyəcək.

İstehsalçılar bildirirlər ki, sistem özəlliklə səyahət edən insanlara lazım olacaq.

«Indegogo» platformasında tezliklə həmin qurğuya vəsait toplanacaq.

Sistemin 2017-ci ilin yazınadək satışa çıxarılacağı gözlənilir.

XS
SM
MD
LG