Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:41

İqtisadiyyat nazirliyindən qəribə tender elanı


"Nə məsləhətdi..." Rəşid Şerif. Karikatura

"Nə məsləhətdi..." Rəşid Şerif. Karikatura

Nazirlik səhvini etiraf etmək yerinə, özünümüdafiə mövqeyi tutub

İqtisadiyyat nazirliyi «Regionların inkişafına dəstək Proqramı» çərçivəsində «Xüsusi İqtisadi Zonaların idarə olunmasına dəstək» layihəsinin icrası ilə bağlı tender elan edib. Elanda nazirliyin mal, iş, yoxsa xidmət təchizatçısı aradığı haqqında heç bir qeyd yoxdur.

Bu ildən İqtisadiyyat Nazirliyinə dövlət satınalmalarına dair qanunvericiliyə əməl olunmasına nəzarət səlahiyyəti də verilib. Bu səbəbdən qanunun tələblərinə elə nazirliyin özündə əməl olunmaması medianın gözündən yayınmayıb.

Buna da bax: 'Nə oldu, pambıqçılıqdan bir şey alınmadı?'

AzadlıqRadiosu məsələ ilə bağlı nazirlikdə yaradılmış tender komissiyasına üz tutsa da, burada səhvi etiraf etmək əvəzinə, müdafiə olunmağa üstünlük veriblər:

AzadlıqRadiosu: - Elanda şirkətləri nəyə dəvət etdiyinizi yazmağı, deyəsən, unudubsunuz...

İqtisadiyyat Nazirliyi: - Tender konsaltinq xidmətlərinin təqdim olunması üçündür.

– Bəs nədən elanda bunu qeyd etməyibsiniz?

– Elanda telefon nömrəsi var, zəng edib öyrənmək olar.

Buna da bax: Hökumət artım yox, geriləmə olacağını rəsmən etiraf edir

– Bəs konsaltinq xidmətlərinin xüsusiyyəti nə olacaq?

– Daha geniş məlumat verə bilmərik. Maraqlananlar bunu tenderin əsas şərtlər toplusundan öyrənə bilərlər.

– Axı bundan ötrü 2 min manat iştirak haqqı ödəmək tələb olunur... Təsəvvür edirsiniz: iki min manatından keçirsən və məlum olur ki, bu tender sənlik deyil...

– Söylədiklərimə heç nə əlavə edə bilməyəcəyəm.

“Bu tender elanını konkret kimlərin hazırladığını bilmirik”

«Şəffaflıq-Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin eksperti Elvin Yusifli AzadlıqRadiosu-na bildirib ki, tender elanı «Dövlət satınalmaları haqqında» qanuna uyğun tərtib olunmalı, iştirak etmək istəyən bütün iddiaçılara bərabər imkanlar yaradılmalıdır:

Buna da bax: Qanun dəyişdirilib, amma normativ akt yox...

«Qanunun 26-cı maddəsinə görə, göstəriləcək xidmətlərin təsviri, yeri və qrafiki tender elanında qeyd olunmalıdır. Buna əsaslanaraq demək olar ki, İqtisadiyyat Nazirliyinin tender elanı tələblərə uyğun deyil. Biz bu tender elanını konkret kimlərin hazırladığını bilmirik. Onu da bilmirik ki, onlar potensial iddiaçılarla qohumluq münasibətindədirlər, ya yox».

“Hər şeyi əhatə etmək olmur”?

Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində AzadlıqRadiosu-na bildiriblər ki, tender elanında «hər şeyi əhatə etmək olmur».

Buna da bax: Ötənilkindən 70% çox – 38,8 min ton pambıq yığılıb

Xatırlatmağa dəyər ki, bu il sentyabrın 7-də İqtisadiyyat Nazirliyi Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalayıb.

Birləşmiş Ərəb Əmirliklərinin "DP World Group"una daxil "Economic Zones World FZE" şirkəti bu işdə məsləhətçi kimi cəlb edilib.

Nazirlik indiki tenderin hansı Xüsusi İqtisadi Zonanın idarə olunmasıyla bağlılığına da aydınlıq gətirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG