Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:41

-

Teleportasiya bir şeyin enerjiyə çevrilib başqa məkana nəzəri keçməsidir. Hələlik ona ancaq fantastik filmlərdə rast gəlinir.

Rusiyada heç də bütün elm layihələri dövlətin maliyyə dəstəyini almır. Ancaq teleportasiya alır.

İyunun 22-də baş nazirin müavini Arkady Dvorkovich-in rəhbərliyi ilə müxtəlif qurumların təmsil olunduğu işçi qrup Rusiya Strateji Təşəbbüslər Agentliyinin irəli sürdüyü elmi və texnoloji planları müzakirə edib.

«Kommersant» qəzetinin detallı şəkildə təsvir etdiyi sənəddə Rusiya alimlərinin 2035-ci ilədək həyata keçirməyi planlaşdırdığı innovasiyaların siyahısı təqdim olunur. Bu planların arasında Rusiyaya məxsus kodlaşdırma dili, 5G mobil şəbəkəsi, «ağıllı» binalar, tibbi implantlar və ... teleportasiya var.

İnsanların bir yerdən başqa yerə teleportasiya edilməsi konsepsiyası fantastika janrında bir şey olsa da, alimlər artıq bunun kvant səviyyəsində mümkünlüyünü sübut ediblər.

Prezidentin sözçüsü Dmitry Peskov bildirib ki, sənəddə söhbət fiziki deyil, məhz kvant teleportasiyasından gedir və buna görə də rus alimlərinin planları göründüyü qədər də iddialı deyil. Ancaq onun bu bəyanatı «Twitter» istifadəçilərinin rusiyalı alimlərin iddialarını lağa qoymasının qarşısını ala bilməyib.

«Twitter»də populyar «Мысли Президента» yazıb ki, teleportasiya Rusiyanın sosial problemlərinin həllinə kömək edə bilər, o cümlədən də təqaüdçülərin. Onun bu tvitdə paylaşdığı iki fotonun birində iclas zalında oturmuş ahıl insanlar, digərində isə boş oturacaqlar təsvir olunub.

Digər bir hesabın paylaşdığı tvitdə isə deyilir: «Teleportasiya olacaqsa, onda Kerç körpüsü nəyə lazımdır?». Tvitin müəllifi ilhaq edilmiş Krım yarımadasını Rusiyayla birləşdirəcək çoxmilyonluq körpünün tikintisinə eyham vurub.

Daha bir istifadəçi isə yazıb ki, Rusiyada teleportasiya ilə bağlı təcrübələr çoxdan aparılır. «​Milyardlarla dollar uğurla Panamadakı ofşor hesablara teleportasiya edilib».

Qara yumora müraciət edənlər də var: «Teleportasiya odur ki, sən Sızranda yaşayırsan, ancaq sən və sənin bölüyün Donbasda qırılır, siz orda olmasanız da», - bir tvitdə deyilir. Tvitin müəllifi Rusiya hökumətinin Şərqi Ukraynadakı müharibədə əli olmadığı barədə iddialarına eyham vurur.

Daha bir istifadəçi 2015-ci ilin noyabrına aid bir məqaləni paylaşıb. Məqalədə Kostroma vilayəti rəhbərliyinin camaatın paltarlarını yuya bilməsi üçün buzda dəlik açmaq üçün xüsusi avadanlıq sifariş etməsindən bəhs olunur. «2035-ci ilədək isə bizdə teleportasiya olacaq!» - tvitdə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG