Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Təki pul olsun, dəblə ayaqlaşmağa nə var ki!


Pakistan -- Gənc oğlan Üsamə bin Ladenin şəkli olan mobil telefonunu göstərir

Pakistan -- Gənc oğlan Üsamə bin Ladenin şəkli olan mobil telefonunu göstərir

«14-24»də bu dəfə:

- Dəbdə olan mobil telefonlardan danışacaq;


- Türkiyədə təhsil almaq istəyənlərə şad xəbər verəcək;


- və hələ məşhur olmayan reperlərlə tanış olacağıq


GƏNCLƏR MOBİL TELEFONLARI DA DƏBLƏ ALMAĞA ÇALIŞIRLAR


Kim də olmasa, gənclərin çoxu dəblə ayaqlaşmağı çox xoşlayırlar. Dəblə geyinmək bir yana, indi mobil telefonları da dəblə almağa çalışırlar. Cibində pulu olanlar az qala ayda bir telefon dəyişirlər. Neyləsinlər, heç bir ay keçmir bir də görürsən ki, filan firma daha çox funksiyası olan yeni modelini satışa çıxarıb. Təki pul olsun, dəblə ayaqlaşmağa nə var ki!


Bakıdakı mobil telefon satılan mağazalardan birinin satıcısı Rasim də deyir ki, mobil telefonların yeni modellərinə maraq göstərənlər elə gənclərdir. Yeni model çıxan kimi öz telefonlarını dəyişməyə gəlirlər.


Gənclərin çoxu hətta telefondakı melodiyalar, oyunlar və şəkilləri də tez-tez dəyişməyi xoşlayırlar. Mobil telefonlara melodiya, oyun və şəkil yazmaqla məşğul olan Ramiz deyir ki, müraciət edənlərin ardı-arası kəsilmir. Daha çox isə melodiya yazdırmaq üçün gəlirlər. Bakıda söhbətə tutduğum həmyaşıdlarım da Ramizin dediklərini təsdiqlədi. Gənclərin əksəriyyəti dedi ki, eyni melodiya onları çox tez bezdirir.


Ramiz deyir ki, indi dəbdə romantik melodiyalardır. Ritmik melodiyalar üçün çox az adam müraciət edir.


«İSTEDADDAN ÇOX «DAYDAY»IN OLMALIDIR»


Sıra gəlib çatdı reperlərlə tanışlığa. Hələ gəncdirlər, sənətdə ilk addımlarını atırlar, məşhur olmadıqlarını özləri də etiraf edirlər. Deyirlər ki, məşhur olmaq üçün indi istedaddan çox "dayday"ın – yaxşı yerdə işləyən himayədarın olmalıdır. Həmsöhbətlərim Yavər, Orxan, Kamil və Namiq birləşərək "Qanun" qrupunu yaradıblar. Vasif Te-Te isə replərini özü tək ifa edir.


ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG